Bu gün Misli Premyer Liqasında növbəti oyunlar keçiriləcək.
İdman.biz xəbər verir ki, VIII turun ikinci gününün matçları Bakıda baş tutacaq.
Ötən mövsümün gümüş mükafatçısı "Zirə" "Kəpəz"i qəbul edəcək. Liderlər qrupunda yer alan Rəşad Sadıqovun yetirmələri mövqeyini yaxşılaşdırmaq üçün mübarizə aparacaq. Qonaqlar isə ötən mövsümün sonunda başlayan məğlubiyyət seriyasını qırmağa çalışacaq.
Məğlubiyyətləri sıralayan digər iki komanda "Neftçi Arena"da qarşılaşacaq. İlk qələbənin həsrətində olan "Neftçi" "Sumqayıt"ı sınağa çəkəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
28 sentyabr (şənbə)
17:00. "Zirə" – "Kəpəz"
Baş hakim: Rauf Cabarov
"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
"Kəpəz": 1.Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 26. Valdemra Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 19. Lassana Ndiaye
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 10. Karim Lkouça, 77. Viktor Braqa
Baş məşqçi: Azər Bağırov
Zirə İdman Kompleksinin stadionu
19:30. "Neftçi" – "Sumqayıt"
Baş hakim: Cavid Cəlilov
"Neftçi Arena"
| 1 | Araz-Naxçıvan | 7 | 5 | 1 | 1 | 10-8 | 16 |
| 2 | Qarabağ | 6 | 5 | 0 | 1 | 16-4 | 15 |
| 3 | Sabah | 7 | 4 | 2 | 1 | 16-11 | 14 |
| 4 | Turan Tovuz | 7 | 4 | 2 | 1 | 9-4 | 14 |
| 5 | Zirə | 6 | 4 | 0 | 2 | 11-5 | 12 |
| 6 | Şamaxı | 6 | 3 | 2 | 1 | 6-3 | 11 |
| 7 | Sumqayıt | 7 | 2 | 0 | 5 | 5-9 | 6 |
| 8 | Səbail | 8 | 1 | 1 | 6 | 12-17 | 4 |
| 9 | Neftçi | 7 | 0 | 4 | 3 | 2-10 | 4 |
| 10 | Kəpəz | 7 | 0 | 0 | 7 | 2-18 | 0 |
Bombardir: Cesse Sekidika - ("Sabah") - 5 qol. Coy Lens Mikels ("Sabah"), Rafael Utziq ("Zirə") - 4 qol.
İdman.biz