UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Hayduk"la qarşılaşacaq "Zirə" səfərə yola düşüb. Sport24.az xəbər verir ki, bu barədə Bakıətrafı qəsəbə təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edib.
Komanda bu gün görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.
Qeyd edək ki, Bakıda keçirilən ilk matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşü iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.