top
Zirə Futbol Akademiyasının koordinatoru: Məni razı salmayan tək mənfi məqam budur - MÜSAHİBƏ Idman.biz
17 may 2025, 11:24
- ↺ +

"Zirə" Futbol Akademiyasının koordinatoru: "Məni razı salmayan tək mənfi məqam budur" - MÜSAHİBƏ

"Zirə" Futbol Akademiyasının koordinatoru Zaur Həşimovun Offsideplus.az saytına müsahibəsi

- 2024/25 mövsümü başa çatmaq üzrədir. Bu mövsümü "Zirə" Futbol Akademiyası üçün necə qiymətləndirirsiniz?

- Son 3 ildə həyata keçirdiyimizin işlərin bəhrəsini bu mövsüm görməkdəyik. Konkret nəticələrdən danışsaq, akademiyamızın U15 komandası pley-offda oynadı, U16 yarımfinaldadır. Bundan başqa, U17 çempionluq uğrunda mübarizəni davam etdirir. Gənclər Liqasında çıxış edən U19-un isə bürünc medallar qazanmaq şansı var. Yəni, hər 4 komandamız bu il yüksək yerlər uğrunda yarışa qoşulub. Amma bizim üçün nəticə prioritet deyil. Uşaqların, məşqçilərin qarşısına belə bir məqsəd qoymamışıq. Nəticə nə qədər xoş olsa da, bizim işimizdə ən önəmli cəhət uşaqların inkişafıdır. Bizi bu mövsüm ən çox sevindirən məqamlardan biri də o oldu ki, bütün yaş qruplarından milli komandalara futbolçular dəvət aldılar. Başqa sözlə, futbolçularımız U16, U17, U18 və U19 yığmalarında "Zirə"ni təmsil edirlər. Bu, 2024/25 mövsümündəki ən böyük nailiyyətlərimizdən sayılır.

- Ötən il yığmalarda "Zirə"nin bu qədər futbolçusu yox idi?

- Yalnız U17 milli komandasına futbolçu verirdik. Bu il iki oyunçumuz hətta U16 yığmasından dəvət alıb. Ötən həftə Belarusa qarşı keçirilən yldaşlıq görüşlərində iştirak ediblər. U17 yığmasına mütəmadi olaraq 4 futbolçumuz çağırılır. U19 da 2 təmsilçimiz var idi. Bilirsiniz, bu, nəyə görə xoşdur? Çünki biz bu futbolçuları götürəndə, onların 13, 14 yaşları var idi. Milli komandalara dəvət alanlar sırf "Zirə" Futbol Akademiyasının yetirmələridirlər. Yəni, onları hardansa cəlb etməmişik, əksinə özümüz yetşdirmişik.

- Siz akademiyanın nəticələrindən danışarkən yenietmələrdən - 15-19 yaşlılardan söz açdınız. Bəs daha aşağı yaş qruplarında vəziyyət necədir?

- Aşağı yaşlı futbolçulara gəlincə, onların da qarşısına nəticə ilə bağlı heç bir məqsəd qoyulmayıb. 8-13 yaşlı uşaqlar futbola əyləncə kimi yanaşırlar. Biz özümüz də bu reallığı qəbul edirik.Təcrübə göstərir ki, bütün gücü 13 yaşından yuxarı uşaqlara vermək lazımdır. Məsələn, akademiyamızda milli komandaya namizəd qapıçı var idi. Onun 14 yaşı var idi. Bütün göstəriciləri yerində idi, perspektiv vəd edirdi. Ancaq gözlənilmədən 14 yaşında futbolu atıb boksu seçdi. Yaxud 13 yaşlı bir neçə oyunçumuz fikrini dəyişib, tam başqa sahə ilə məşğul olmağa başladı. Buna baxmayaraq, 8-13 yaşlı uşaqların hazırlıq prosesi, inkişafı nəzarətimizdədir. Yaxşı məşqçilərimiz var, daima seleksiya aparırlar. Sistemi belə qurmuşuq: akademiyamızın məşqçiləri artıq U-14 komandalarından başlayaraq futbolçularla daha ciddi məşğul olurlar, onların inkişafına daha böyük önəm verirlər.

- Sevindirici haldır ki, Misli Premyer Liqasının son turlarında "Zirə"nin heyətində gənc futbolçular diqqət çəkir.

- Bizim elə başlıca vəzifələrimizdən biri əsas komandaya futbolçu yetişdirməkdir. "Səbail"lə qarşılaşmada akademiyanın yetirməsi Ramiz Muradov cari mövsümdə "Zirə"nin heyətində debüt etdi. Oyunun protokoluna akademiyanın 5 futbolçusunun adı düşmüşdü. Hətta 17 yaşlı Əhliman Süleymanzadə də əsas komandanın məşqlərinə qatılır. İnşallah, yaxın gələcəkdə "Zirə"nin heyətində Premyer Liqada akademiyanın daha çox yetirməsini görərik.

- Necə hesab edirsiniz, rəhbərlik tərəfindən bu mövsüm qarşıya qoyulan məqsədə çatmısınzmı?

- Hamımızın məqsədi "Zirə" klubu və milli komandalar üçün yaxşı futbolçular yetişdirməkdir. Bir məsələni qeyd edim ki, biz iş prosesində təkcə futbolçu yetişdirməklə kifayətlənmirik. Uşaqları şəxsiyyət kimi formalaşdırmağa çalışırıq. Onlar gələcəyin məşqçisi, meneceri, futbol funksioneri ola bilərlər. "Zirə" rəhbərliyi son 2-3 ildə akademiya üçün şəraiti daha da yaxşılaşdırıb. Məsələn, əvvəllər akademiyada 12-13 məşqçi işləyirdisə, indi onların sayı 34-ə bərabərdir. Müxtəlif yaş qruplarında baş məşqçi ilə yanaşı, onların köməkçiəri də fəaliyyət göstərirlər. Qapıçı məşqçilərimizin sayı 4-ə çatıb. Akademiya komandalarında 4 həkim çalışır. Bütün bunlar sistematik görülən işlərin nəticələridir.

- Yəqin ki, iş prosesində çatışmazlıqlar da mövcuddur. Hazırda "Zirə" Futbol Akademiyasının üzləşdiyi ən böyük çətinlik hansıdır?

- Yeganə çətinliyimiz bütün futbolçuların eyni məkanda məşq etməməsidir. Uşaqlar Bakının müxtəlif yerlərində icarəyə götürdüyümüz meydançalarda məşqə çıxırlar. Bu, hazırda məni qane etməyən yeganə mənfi cəhətdir. Rəhbərlik bu məsələni həll etməyə çalışır, bunun üzərində iş gedir.

- Akademiyaya futbolçu seçimləri nə vaxt olacaq?

- Bizdə seçimlər həm qışda, həm də yayda baş tutur. U-15 komandamız çempionatda çıxışını bitirdiyindən bu yaş qrupunda seçimlər gedir. Baxışa 15-16 nəfər futbolçu gəlib. Bununla yanaşı, bir neçə əməkdaşlıq etdiyimiz komanda var ki, həmin kollektivlərdəki perspektivli futbolçuları akademiyaya cəlb edirik. Digər yaş qruplarında da yaxın vaxtlarda seçimlərin keçirilməsi nəzərdə tutulub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Oxşar xəbərlər