"Zirə" heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb.
Bakıətrafı qəsəbə təmsilçisi Fildişi Sahilindən olan Lue Bayere Junioru ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.