"Zirə" yeni futbolçuyla anlaşıb.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Komanda Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşoyş" klublarında çıxış edib.
"Zirə" klubu yeni transfer Enrike Kustodio braziliyalı futbolçu