İngiltərənin "Arsenal" klubunun ukraynalı müdafiəçisi Aleksandr Zinçenko karyerasını Türkiyədə davam etdirə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbağça" futbolçunu transfer etmək isəyir.
Türkiyə klubunun nümayəndələri qarşı tərəflə bu transferlə bağlı görüş keçiriblər. London təmsilçisi müdafiəçinin transferi üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, A.Zinçenko 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 23 oyunda 1 qol və məhsuldar ötürməyə imza atıb.