Fransa millisinin baş məşqçisi Zinəddin Zidan noyabr oyunları üçün heyətdə dəyişikliklər etməyə hazırlaşır.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, mütəxəssis zədəli futbolçuların yoxluğunda yığmaya yeni adlar dəvət edə bilər.
Usman Dembele və Manu Konenin qarşıdakı oyunları buraxacağı, Jül Kundenin isə sol topuğundakı zədədən tam sağalmadığı üçün heyətdən kənarda qalacağı gözlənilir. Əvəzində Orelyen Tçuameninin milliyə qayıtması ehtimal olunur.
Genişləndirilmiş siyahıda "Tottenhem"in hücumçusu Matis Tel və "Bornmut"un futbolçusu Eli Junior Krupi də yer alıb.
Əsas sürpriz isə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Valentin Atanqana və İngiltərənin "Sanderlend" komandasının müdafiəçisi Dayann Metali ola bilər. Hər iki futbolçu ilkin dəvət alıb və əsas milliyə çağırılmaq şansı qazanıb.
Atanqana Fransa gənclər millisinin son toplanışında məşqçilər korpusunun diqqətini çəkib. Metali isə sol cinah müdafiəsindəki qeyri-müəyyənlikdən yararlana bilər.
Zidan yekun heyəti noyabrın 6-da açıqlayacaq. Fransa millisi noyabrın 12-də İtaliya ilə səfərdə, ayın 15-də isə Türkiyə ilə evdə qarşılaşacaq.