top
Zaur Həşimov: Şəfanın Araz-Naxçıvanla heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video] Idman.biz
Bu gün, 20:13
- ↺ +

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra hakimliyi sərt tənqid edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib və son iki oyunda hakim qərarlarına görə dörd xal itirdiklərini bildirib.

Əvvəlcə oyunu şərh edən baş məşqçi komandasının oyunundan razı qaldığını deyib:

"Əvvəlcə xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Düşünürəm ki, yaxşı və dinamik oyun alındı. Çoxlu qol epizodları yaratdıq, iki qol vurduq. Təəssüf ki, fərdi səhvlərdən yenə iki top buraxdıq. Amma oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır".

Həşimov daha sonra hakim qərarlarından narazılığını dilə gətirib:

"Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penaltinin yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev epizod başa çatmamış fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda qayda pozuntularında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu deyirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda baş verənlər nəticəsində dörd xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm".

Baş məşqçi komandasının oyunlara yaxşı başlamasına baxmayaraq, üstünlüyünü sona qədər qoruya bilməməsinin səbəblərinə də toxunub:

"Sadə qollar buraxırıq. Artıq bir neçə oyundur ki, bu hal təkrarlanır. Bunun üzərində işləyirik. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə ötən mövsüm Birinci Liqada çıxış etmiş oyunçular da var. Bəzi səbəbləri mətbuatda açıqlamaq mümkün deyil. Amma bu vəziyyət bizi narahat edir".

Həşimov futbolçuların bir neçə aydır maaş almadığı barədə yayılan məlumatlara da münasibət bildirib:

"Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu və bununla bağlı bütün futbolçulara məlumat verilmişdi. Yeni komandayıq, bəzi oyunçuların bank hesablarının açılmasında gecikmə yaranmışdı. Hazırda klubun heç kimə borcu yoxdur".

Mütəxəssis müdafiə xəttindəki problemlər və mümkün transferlərlə bağlı da fikirlərini bölüşüb:

"Büdcəmizə uyğun çox yaxşı komanda qurmuşuq. Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra bəzi legionerlərimizlə bağlı müzakirələr gedirdi. Onlardan biri də Bafode Dansokodur. Artıq iki turdur ki, çox yaxşı futbol oynayır. Müdafiəçilərimizin çıxışından ümumilikdə narazı deyiləm. Sadəcə, qol epizodlarına qədər müəyyən səhvlərə yol veririk və bunlar qolla nəticələnir. Hazırda transferlə bağlı addım atmaq imkanımız yoxdur. Mövcud futbolçularla işləyərək problemləri həll etməliyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Oxşar xəbərlər