top
Zaur Həşimov: Şəfa haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik Sport24.az
Bu gün, 19:15
- ↺ +

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Misli Premyer Liqasının XI turunda öz meydanında "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edən "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı Sport24.az xəbər ki, mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə təbriklərini çatdırdı, ardınca isə qarşılaşma haqqında fikirlərini bölüşdü:

 

– Axşamınız xeyir olsun. Mən də ilk növbədə xalqımızın Zəfər Bayramını təbrik edirəm. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Oyuna gəldikdə, məncə, kifayət qədər dinamik və yaxşı mübarizə şəraitində keçən matç izlədik. Yenə çoxlu qol epizodları yaratdıq. İki dəfə fərqlənsək də, fərdi səhvlər ucbatından qapımızda iki qol gördük. Oyunumuz və komandanın inkişafı göz qabağındadır. Bütün bunları bir kənara qoyub, yəqin ki, haqlı olaraq mənim hakimlik barədə danışacağımı gözləyirsiniz. İstəmirəm hakimlər haqqında qərəzli fikrə düşüm, amma artıq məcburam bu haqda danışım, çünki son matçlarda bunu açıq şəkildə hiss edirik. Yadınızdadırsa, ötən oyunların birində qapımıza verilən penaltini Rəhim Həsənov özü də təsdiqlədi ki, yox idi. Təmiz penalti və ikinci sarı vərəqə verilməli olduğu halda rəqibə güzəştə gedildi. Bugünkü oyunda isə baş verənlər göz qabağında idi. Hətta birinci vurduğumuz qol epizodunda baş hakim Əliyar Ağayev əvvəlcədən fit çaldı. Buna baxmayaraq, o, epizodu gözləyib sonradan dəyərləndirə bilərdi. Sanki kənardan hiss olunurdu ki, bütün mübahisəli məqamlarda üstünlük rəqibə verilir. Rəqib oyunçunun özü də etiraf edir ki, top əlinə dəyib, amma hakimlər israrla bunun əl deyil, çiyin olduğunu deyirlər. Təmiz qolumuz da qeydə alınmadı. Belə ögey münasibət hiss etmək istəmirəm. Bizim uşaqlar da əziyyət çəkirlər, vuruşurlar, meydanda hər şeylərini qoyurlar, lakin son iki oyunda baş verənlər açıq-aşkar dörd xalımızı əlimizdən aldı. Artıq bunu açıq deməkdən çəkinmirəm.

 

– Komanda oyunlara çox yaxşı başlayır, gözəl futbol sərgiləyir, amma sonda ya qələbəni əldən verir, ya da xal itirir. Bunun əsas səbəbi nədədir?

 

– Tamamilə haqlısan, qeyd etdiyin kimi, bəsit qollar buraxırıq. Artıq neçənci matçdır ki, eyni hal təkrarlanır və bu, həqiqətən də tendensiyaya çevrilib. Bunların üzərində məşqlərdə və taktiki analizlərdə dayanırıq. Bilirsiniz, bəzi obyektiv səbəblər də var. Məsələn, əsas heyəti beş legionerlə qururuq, eyni zamanda heyətimizdə ötən mövsüm I Liqada çıxış etmiş üç yerli futbolçumuz var. Mətbuatda açıq şəkildə deyə bilmədiyim bəzi məqamlar da mövcuddur. Amma bütün bunlara baxmayaraq, həmin problem bizi ciddi şəkildə narahat edir və həlli istiqamətində işlərimizi davam etdirəcəyik.

 

– Müdafiə xəttində buraxılan bəsit qollar daha təcrübəli və güclü mərkəz müdafiəçisinə ehtiyac olduğunu göstərir, yoxsa mövqe seçimlərindəki fərdi səhvlər əsas rol oynayır?

 

– Mövcud büdcəmizə görə çox yaxşı kollektiv formalaşdırmışıq. Hətta mövsümün əvvəlində məğlubiyyətlər seriyası yaşayarkən bəzi legionerlərimizlə bağlı mübahisəli fikirlər var idi. Amma bu gün həmin oyunçulardan biri, Dansoko son iki oyunda möhtəşəm futbol sərgiləyir və bu matçda da qol vurdu. Konkret müdafiəçilərə gəldikdə, mən ümumi planda futbolçularımdan narazı deyiləm. Sadəcə, qol buraxılan epizodlardan əvvəl fərdi diqqətsizliklər baş verir ki, bu da nəticəyə təsir edir. Buraxılan qollar demək olar ki, oxşardır. Əsasən top itkilərindən sonra rəqibin ikinci topları qazanması və ya bəsit cərimə zərbələri ucbatından qapımızda qol görürük. Hazırda hər hansı yeni transferə və ya kəskin addıma ehtiyac görmürəm. Futbolçularla çalışıb bu problemlərin öhdəsindən gəlməliyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Oxşar xəbərlər