top
Zaur Həşimov: Benfika məşqçiləri Qarabağın Braqa oyunlarını analiz edib, fərqli oyun olacaq Idman.biz
16 sentyabr 2025, 14:46
- ↺ +

Zaur Həşimov: "Benfika" məşqçiləri "Qarabağ"ın "Braqa" oyunlarını analiz edib, fərqli oyun olacaq

"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimovun Sportal.az saytına müsahibəsi

- "Qarabağ" bu gün Çempionlar Liqasının yeni formatında ilk oyununa çıxacaq. Son görüşdə "Zirə"yə qarşı matçda "Qarabağ"ın performansını necə dəyərləndirirsən?

- "Zirə" ilə görüşdə "Qarabağ"ın ən yaxşı oyununu oynadığını söyləyə bilmərəm. Əlbəttə ki, "Zirə"nin də çıxışını dəyərləndirmək lazımdır. "Qarabağ"ın futbolçularının millinin düşərgəsində olduğuna görə, bu oyuna tam heyətlə hazırlaşmaması da səbəblərdən biridir. Bu gün isə "Qarabağ" tam başqa atmosferdə oyuna çıxacaq. Çempionlar Liqasının ilk oyunu çox məsuliyyətli sınaqdır.

- Necə düşünürsən, "Qarabağ" səfərdə "Benfika" qarşısında hansı nəticəyə ümid edə bilər? Uğurlu nəticə gözləyirsən sabiq komandandan?

- "Benfika" hər mövsüm avrokuboklarda çıxış edən və Portuqaliyanın köklü klublarından biridir. Baxmayaraq ki, hazırda Portuqaliyada 5-ci yerdədir, bizi kifayət qədər ağır oyun gözləyir. Fikrimcə, "Qarabağ" Portuqaliyadan bir xalla geri qayıda bilsə, bizim üçün yaxşı nəticə olacaq.

- "Qarabağ"dan "Braqa" ilə görüşlərdə də gözləntilər yüksək deyildi, amma təmsilçimiz uğur qazana bildi. Səncə, bu dəfə eyni ölkənin daha böyük klubuna qarşı oyun "Braqa" ilə görüşü xatırladacaq?

- Əminəm ki, "Benfika"nın məşqçiləri "Qarabağ"ın "Braqa" ilə oyunlarını analiz edib. Onlar "Qarabağ"a daha ehtiyatlı və hörmətlə yanaşacaqlar. Odur ki, biz "Qarabağ" – "Braqa" oyunundan tam fərqli oyun izləyəcəyik.

- "Qarabağ"ın hücumçu transfer etməməsi çox müzakirə olundu və klub tənqid edildi. İndi isə Nəriman Axundzadə də zədəlidir. Sırf hücumçu Musa Qurbanlıdır. "Zirə" ilə görüşdə isə vinger Kamilo Duran hücumçu kimi oynamışdı. Səncə, irəli xətdə Duranın oynaması yaxşıdır, yoxsa Musanın?

- "Zirə" ilə matçda hücumdakı boşluq özünü kifayət qədər biruzə verdi. Nərimanın zədələnməsi də məşqçilər korpusuna əlavə çətinlik yaradır. Fikrimcə, bu gün start heyətində hücum xəttində Kamilo Duran yer alacaq.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm ÇL-də təxmini necə xal toplaya biləcəyini düşünürsən? Hansısa böyük sürprizə inanırsan? Rəqiblər "Liverpul", "Çelsi", "Napoli", "Atletik"(Bilbao), "Kopenhagen", "Ayaks" və "Ayntraxt"(Frankfurt) klubudur...

- Etiraf edək ki, qrupumuzdakı bütün komandalar top klublardır. Bəlkə qismən "Kopenhagen"i bu siyahıya daxil etməmək olar. Buna görə də "Qarabağ"ın istənilən qələbəsi sensasiya kimi qeydə alınacaq. Qrupdakı oyunları real dəyərləndirsək, "Qarabağ"ın 5-6 xal qazana biləcəyini düşünürəm.

- 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-in qrupuna düşdüyü heyətlə indiki arasında fərq çoxdur? Hansı daha güclü görünür?

- Məncə, heyət olaraq 2017/2018 mövsümündəki daha güclü idi. İndiki heyət də qrup mərhələsinə düşməklə güclü olduğunu göstərir. Sadəcə indi ÇL-də həm reqlament fərqlidir, həm də rəqiblər çox güclüdür. "Qarabağ"ı bu kimi komandalara qarşı izləmək çox maraqlı olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər