Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən "Ludoqorets Arena"da baş tutacaq.