top
Zaur Axundov: “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - MÜSAHİBƏ İdman.biz
23 noyabr 2024, 14:13
- +

Zaur Axundov: “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - MÜSAHİBƏ

Misli Premyer Liqanın 14-cü turunda baş tutan "Kəpəz" - "Araz-Naxçıvan" matçını izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundov da olub.

İdman.biz xəbər verir ki, o, Muxtar respublika təmsilçisinin qələbəsi ilə başa çatan (2:0) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib. Funksioner ilk olaraq görüş haqqında danışıb.

- Qələbə qazandığımız üçün sevinirik. Gözəl oyuna görə "Kəpəz"i təbrik edirəm. Azər Bağırov dönüş edə bilib. Açığı, heç-heçəlik oyun idi. Amma bu futboldur. Qələbəyə görə komandanı təbrik edirəm.

- Nəticədən razı, oyundan narazı qaldığınızı demək olar?
- Bəli. İradımı da futbolçulara bildirdim.

- Paltardəyişmə otağından gec çıxmağınız bununla bağlı idi?
- Yox (gülür). Hər oyundan sonra uşaqları bir-bir təbrik edirəm. Oyundan öncə də demişdim ki, meydana boş çıxmaq olmaz. Futbol belə şeyləri sevmir. Azər Bağırov gələndən sonra "Kəpəz" müsbət tərəfə çox dəyişib.

- İradı bildirdiniz, bəs mükafatla bağlı vədiniz oldu?
- Mükafatı klubun prezidenti vəd verəcək. Buna mən qarışmıram.

- Artıq 13 oyundur "Araz" məğlub olmur. Bunu çempionluq mübarizəsində olmağın mesajı kimi qəbul etmək olar?
- Qətiyyən. Qarşıda 22 tur var. Bugünkü nəticələr sevindirir. Kaş belə qələbələr bizim milli komandamızda da olardı. Mənim üçün "Araz"dan da vacib Azərbaycan milli komandasıdır. Bir neçə gün əvvəl acı məğlubiyyət yaşadıq. Mən hələ də özümə gələ bilmirəm. Bu olmamalı idi. Canni De Byazini istəmədilər qovdular. Amma onun vaxtında milli İsveçi məğlub edirdi. Mən hər zaman demişəm ki, istəyirsiz Mourinyonu gətirək. Futbolçu meydanda can qoymalıdır. Rəqibdən 10 qat zəif ola bilərsən. Amma uduzanda kişi kimi uduz, dovşan kimi yox. Bu oyunçular can qoymadı. Bilmirəm niyə. Əgər bu komanda mənim olsaydı, əvəzedici komandanı oynadardım, amma onları qoymazdım. Fernandu Santuş olmur, kim olur olsun.

- Sizin AFFA rəhbərliyində təmsil olunduğunuz dönəmdə də milli komandaya əcnəbi baş məşqçilər təyin olunurdu. Əgər sizin dediyiniz kimi Mourinyo da gəlsə nəsə dəyişməyəcəksə, biz niyə həmin əcnəbiləri gətiririk?
- De Byazi, Santuş peşəkar məşqçilərdir. Dünya futbolunda ad qoymuş insanlardı. Amma futbolu onlar oynamır axı. Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin.

- Məsələn nə kimi irad?
- Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm.

- Niyə?
- Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdur.

- Sözünüzdən belə çıxır ki, milli komandada intizam yoxdur?
- İkiqat intizam yoxdur. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz. Düzdür, bu gün İcraiyyə Komitəsində yoxam. Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də 5 qat toxunub.

- İctimaiyyətdə belə bir fikir var ki, bugünkü nəticələrə görə sizin də yer aldığınız köhnə AFFA rəhbərliyi daha çox günahkardır?
- Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm. Gedəndən sonda lap zurna çalsınlar. Eyni adamlar 0:6 uduzur. Qocalmayıblar ki? Əgər futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu mən görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar. Millidə 5 gün olurlar. Məşq edir, oyuna çıxır, vəssalam. Sonra da başlayırlar ki, bizə mükafat verin. Yoldaşlıq görüşünə mükafata istəyirlər. Dünyada belə bir şey yoxdur. Yoldaşlıq oyununa, heç-heçəyə mükafat vermək olar? Bu harda yazılıb?

- Futbolçuları və klubları qınadınız. Bəs federasiyanın günahı yoxdur?
- Federasiya nə etsin?

- Futbola cavabdeh qurum AFFA deyil?
- Düz deyirsiniz. Mən sizinlə razıyam. Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidir? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb.

- Məsələn, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının turnirləri bərbad vəziyyətdədir. İnfrastruktur yox səviyyəsindədir. Axı AFFA buna da cavabdehdir.
- O başqa məsələ. Təbii ki, AFFA buna da cavabdehdir. Akademiyalar olmalıdır.

- Naxçıvan Futbol Federasiyasının rəhbəri kimi uşaq futbolunda siz hansı işlərin görülməsinə təşəbbüs göstərirsiniz?
- İndidən başlamışıq. Orada daxili çempionat başlayacaq. Bir ay öncə daxili iclas elədim. İki ay vaxt vermişəm. Məşqçilərin maaşların da qaldırmışam. Əlavə motivasiya olsun. Amma mənə oyunçu verməlidirlər. Tapşırmışam ki, nə edirsiz edin mənə 12-13 oyunçu verin. Lazım olsa valideynlərdən xahiş edəcəm. Hamısı olmasa da 7-8 nəfəri Bakıya gətirəcəm. Burada hər bir şəraiti yaradacam. Gələcəyə material olsun. İldə iki dəfə bunu edəcəyik. Alınmasa məşqçilər işini itirəcək. Yeni komanda quracam. Mən niyə ancaq əcnəbiləri gətirməliyəm? Yaxşı azərbaycanlı futbolçunu çıraqla axtarırıq. Yanvarın 10-u Naxçıvana gedəcəm. Özümlə Elmar Baxşıyev və digər məşqçiləri də aparacam. Mən görmədiyimi onlar peşəkar gözü ilə görsünlər. 5 nəfər seçilsin, amma seçilsin. Belə işləmək lazımdır.

- Özünüz Naxçıvana gedəcəksiniz. Məşqçiləri də özünüzlə aparırsınız. Bəs futbolçuları nə vaxt ora aparacaqsız?
- Bu mənim ən yaralı yerimdir. Stadionda işləri maya qədər bitirmək istəyirik. Birinci Liqada komandanın oyununa 10 min azarkeş gətirdi. Bunun nəyi pisdir? Naxçıvana gedəndə az qala məni öldürürdülər. Xahiş edirdilər ki, Naxçıvan komandası Naxçıvanda oynamalıdır. Düz də deyirlər. Jurnalistlər kimi azarkeşlər də həmişə düz deyir. Bunun üzərində işlər gedir. AFFA ilə də danışıqlar aparırıq.

- Meydan süni, yoxsa təbii olacaq?
- Süni olacaq. Naxçıvanın iqlimi çox ağırdır.

- VAR maşını ilə bağlı problem necə olacaq?
- Bu artıq AFFA-nın işidir. Biz gedəcəyiksə, onlar da dəstək olacaq.

- Avrokuboklar oyunu Naxçıvanda keçirilə bilər?
- Hələ avrokuboklara vəsiqə qazanaq, sonra bunu danışarıq.

- Çempionluqla bağlı olduğu kimi, avrokuboklarla bağlı da ehtiyatlı danışdınız. Komandaya inam azdı, yoxsa necə?
- Keçənilki mənə dərs olub. Onda da qışa qədər yaxşı gəlmişdik. "Qarabağ"ı məğlub edəndən sonra 8 oyun uduzduq. Kaş elə "Qarabağ"a uduzardıq.

- Gənc futbolçunuz Mustafa Əhmədzadə barədə çox danışılır. Onunla bağlı sizin fikirləriniz necədir?
- Hələ bundan sonra onun başına yumruq çox dəyməlidir ki, inkişaf etsin. Eşidirəm ki, ordan-burdan zənglər gəlir. Menecerlər artıq hərəkətə keçib. Bu uşaq hələ iki aydır ortaya çıxıb. Atası ilə də görüşmüşəm. Dedim ki, milliyə çağrılasa da ulduz xəstəliyinə tutulmaq olmaz. 20 yaşında onu bədbəxt etmək olmaz. Eyforiyaya düşmək olmaz. Mənim əlimdə düşə də bilməzlər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
Dünən, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
Dünən, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
Dünən, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 21:04

Kurban Berdiyev, "Zirə" qarşısında qazanılan qalibiyyəti şərh etdi

Futbol
Dünən, 20:46

Rəşad Sadıqov: “Komandam məğlub deyil, Turan Tovuzda 0:1 uduzdum”

Qarabağ FK
Dünən, 17:55

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün yeni yarışları keçirildi, nəticələr və növbəti start oktyabr 3 – FOTO

Futbol
Dünən, 17:06

“Neftçi”nin fransalı müdafiəçisi Endryu Qravilyon: “Bu qələbə klub və tariximiz üçün çox önəmlidir”

Futbol
Dünən, 16:46

Rumıniya mediası Neftçi-nin Maylat transferini “aldadığını” iddia edir

Basketbol
Dünən, 15:55

“Sabah” basketbol komandası yoxlama oyununda “Ordu”yu 96:79 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 13:54

U-21 Azərbaycan milli futbol komandası heyəti açıqlanıb, Nəriman Axundzadə də siyahıda

Futbol
Dünən, 12:37

Kəpəz oktyabrın 2‑də iki yoxlama matçı keçirəcək

Futbol
Dünən, 10:56

İtaliya futbolunun əfsanəvi ulduzu Sandro Mazzola vəfat edib

Futbol
Dünən, 10:40

Keçmiş “Neftçi” yarımmüdafiəçisi Keysuke Honda, Sinqapurda Jurong üçün ilk matçını çıxardı

Qarabağ FK
Dünən, 10:16

Azərbaycan Premyer Liqası: “Sabah” – “İmişli” 6-cı turda, 20 sentyabr, 19:45, Bank Respublika Arenada

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Neftçi olduğumuzu sübut etməli, qürurla startda çıxmaq mənim üçün şərəfdir”

Futbol
Dünən, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Dünən, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Dünən, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
18 sentyabr 2026, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
18 sentyabr 2026, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
18 sentyabr 2026, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
18 sentyabr 2026, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Qarabağ FK
18 sentyabr 2026, 21:35

Premyer Liqa: "Qarabağ" 1:0 hesabıyla "Şəfa"nı məğlub etdi

Oxşar xəbərlər