top
Zaur Axundov Araz-Naxçıvanın Avrokubokdakı İlk Qələbəsi və Qarşıdakı Oyunlar Barədə Idman.biz
25 iyul 2025, 10:00
- ↺ +

Zaur Axundov "Araz-Naxçıvan"ın Avrokubokdakı İlk Qələbəsi və Qarşıdakı Oyunlar Barədə

Naxçıvan Futbol Federasiyasının prezidenti və "Araz-Naxçıvan" klubunun faktiki rəhbəri Zaur Axundovun Teleqraf-a müsahibəsi

- Oyun barədə fikirləriniz necədir?

- Hələ özümüzə gələ bilmirik. Ağır oyun oldu. Düzdür, hazırda heç nə məlum deyil. Cütün taleyi cavab görüşündə həll olunacaq. Bir tərəfdən də sevinirik ki, komandamız tarixində ilk avrokubok oyununda qələbə qazandı. Təbii ki, bu yarışlar iki oyundan ibarətdir. Cavab görüşünə hazırlaşacağıq.

- ⁠Komandanız 0:1 hesabı ilə geridə ikən məyusluq yaşamadınız?

- ⁠Yox, mən onda da inanırdım ki, biz bu oyunu uduzmayacağıq. Bu komanda matça yaxşı hazırlaşmışdı. "Aris" də güclü rəqibdir. Azərbaycanı Avropada təmsil edən komandaların arasında ən ağır rəqib bizə düşdü. Buna baxmayaraq, futbolçular xarakter göstərdilər. Üçüncü qolu vurmağa yaxın idik. Hətta yüzdə-yüz iki qol epizodunu boşa verdik. Amma bu, futboldur.

- ⁠Oyundan sonra mətbuat konfransında rəqib baş məşqçi çox iddialı danışdı. "Komandam evdə tam fərqli oyun göstərəcək" söylədi...

- ⁠Təbii ki, elə deməlidir. Hər bir baş məşqçi ikinci oyundan əvvəl komandasına motivasiya versin. Bizim üçün də səfərdə ağır oyun olacaq.

- ⁠Nəticəni bildik, oyunun özündən razı qaldınızmı?

- ⁠Mövsümün ilk rəsmi oyunu idi, komandada səhvlər var idi. Bunun üzərində məşqçilər korpusu işləyəcək. Amma belədə, təlim-məşq toplanışından yeni gəlmişdik, istirahət də çox az olmuşdu. Komandanın demək olar ki, 70 faizi dəyişilib. Buna baxmayaraq, məşqçilər korpusunun işi meydanda göründü.

- ⁠Yeni oyunçular özlərini doğruldurmu, onları bəyəndinizmi?

- ⁠Təbii ki, bəyəndim. Amma mən vaxt verməyi sevmirəm, leksikonumda vaxt vermək sözü yoxdur. Fikirləşirəm ki, bir ay içində oyunçular daha çox uyğunlaşıblar və yaxşı futbol sərgiləyəcəklər.

- İqor Ribeyro "Neftçi"yə tranafer olunub. Növbəti mərhələyə keçsəniz, komandanızda qalacaqmı?

- ⁠Təbii ki, o, artıq "Neftçi"nin oyunçusudur. Qabaqcadan danışmayaq. Ribeyro çox vacib futbolçudur. Amma birinci növbədə, "Aris"lə cavab oyununu gözləyirik. Qələbə qazanıb mərhələ keçsək, o zaman "Neftçi"dən təbii ki, xahiş edəcəyik.

- ⁠İndidən görünür ki, "Araz-Naxçıvan" növbəti mövsümə çox yaxşı hazırlaşıb, yaxşı transferlərlə güclənib. İndidən çempionluq üçün mübarizə aparacağını düşünmək olar?

- ⁠Yox, qabaqcadan demək olmaz. Yeni mövsümdə komanda sayı artıb, 12 komandalı çempionat olacaq. Görünür ki, digər komandalar da gücləniblər. Hələ elita klublarının görünməyən tərəfləri də var. Onu çempionat göstərəcək. Amma bizim əsas fikrimiz "Aris"ə qarşı cavab oyunudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Oxşar xəbərlər