top
Zaqreb “Dinamo”su “səkkizliy”ə doğru, “Bavariya” uduzmadığı “Benfika”ya qarşı İdman.biz
06 noyabr 2024, 12:13
- ↺ +

Zaqreb “Dinamo”su “səkkizliy”ə doğru, “Bavariya” uduzmadığı “Benfika”ya qarşı

Zaqreb "Dinamo"su bizə yaxşı tanışdır.

İdman.biz xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin üç mövsüm oynadığı klub "Qarabağ"ın da yayda Çempionlar Liqasına gedən yolunu kəsib.

Liqa mərhələsinin ilk turunda "Bavariya"ya 2:9 hesablı rekord məğlubiyyətdən sonra autsayderlər arasında yer alacağı gözlənilsə də, "Dinamo Zaqreb" ondan sonra uduzmur. Evdə "Monako" ilə heç-heçə edib (2:2), Avstriyada "Zalsburq"a qalib gələn (2:0) Xorvatiya təmsilçisi dünən də Slovakiyada "Slovan"dan güclü olub – 4:1.

İndi Zaqreb "Dinamo"su yeddi xalla 14-cü yerdədir və yalnız mənfi top fərqinə görə onunla eyni xala malik 7-ci yerdəki "Mançester Siti", həmçinin "Yuventus" və "Bayer Leverkuzen" kimi komandalardan geri qalır.

UEFA Çempionlar Liqası liqa mərhələsinin 4-cü turu dünən keçirilən doqquz oyunla start götürüb.
"Dinamo Zaqreb"in böyükhesablı qələbəsindən başqa, "Liverpul"un "Bayer Leverkuzen"ə 4:0 hesabı ilə qalib gələrək 12 xalla təkbaşına liderliyə yüksəlməsi diqqəti çəkir.

"Real"ın İspaniyada "Milan"a uduzmasını (1:3), "Mançester Siti"nin də topa sahibolmada böyük üstünlüyünə baxmayaraq (73 % - 27 %), Portuqaliyada "Sportinq"ə 1:4 hesabı ilə məğlub olmasını günün ən gözlənilməz nəticələri saymaq mümkündür.

"Şturm"a qalib gələn (1:0) "Borussiya Dortmund"un baş məşqçisi Nuri Şahin Bundesliqa yaradılandan bəri ilk yeddi ev oyununda qələbə sevinci yaşayan "sarı-qaralar"ın ilk çalışdırıcısı kimi tarixə düşüb.

Bu gün keçiriləcək daha doqquz oyunla UEFA Çempionlar Liqası liqa mərhələsinin 4-cü turuna yekun vurulacaq.

Tur ərəfəsində lider olan "Aston Villa" yenidən 1-ci pilləyə yüksəlmək üçün Belçikada üç xallı "Brügge"yə azı dörd top fərqilə qalib gəlməlidir.

Digər oyunlardan 8-ci yerdəki "İnter"lə 9-cu "Arsenal"ın qarşılaşması daha çox maraq doğurur. Bundan əvvəl uzaq 2003-cü ildə üz-üzə gələn rəqiblərin o vaxtkı oyunlarında qeyri-adi nəticələr qeydə alındığını da xatırladaq: İngiltərədə "İnter" 3:0, İtaliyada isə "Arsenal" 5:1 hesabı ilə qalib gəlmişdi.

PSJ-nin hazırda Çempionlar Liqasında 23-cü, Madrid "Atletiko"sunun isə 28-ci yerdə qərarlaşmalarını gözlənilməz saymaq olar. Fransada qarşılaşcaq bu komandalardan biri qələbə qazanmaqla öz mövqeyini yaxşılaşdıra bilər.

"Bavariya"nın 25-ci pillədə yer alması da təəccüb doğurur. Almaniya təmsilçisi öz meydanında heç vaxt uduzmadığı "Benfika" ilə 13-cü qarşılaşmada onuncu qələbəsini qazanmağa çalışacaq.

Favoritlərdən "Barselona" da Serbiyada "Srvena Zvezda"ya qalib gəlib ilk "səkkizliy"ə düşməyi hədəfləyir.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:19

Şahrudin Məhəmmədalyev "Qarabağ"da 100-cü Premyer Liqa matçını keçirib

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Oxşar xəbərlər