Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda Tirana "Dinamo"sunu qəbul edib.
Qarşılaşma evsahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq də bu görüşün iştirakçısı olub. Azərbaycan milli komnadasının üzvü matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Xallarını 46-ya yüksəldən "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.