Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyununa çıxıb. Sport24.az xəbər verir ki, Albaniya çempionu "Breydablik"lə üz-üzə gəlib.
Əliyevin komandası İslandiya çempionuna 1:0 qalib gəlib. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.
Cavab qarşılaşması bir həftə sonra İslandiyada baş tutacaq.