"Zamiq bizim əsas oyunçularımızdandır. Onun üçün bir neçə klubdan təklif gəlmişdi. Rəsmi təkliflər isə başqa məsələdir".
İdman.biz xəbər verir ki, bunu Apasport.az-a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunun idman direktoru Kleydi Zenelay deyib.
Klub rəsmisi Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin Ukraynanın "Veres" komandasına keçidinin baş tutmadığını və oyunçunun "Eqnatiya"da qalacağını bildirib: "Veres" məsələsi real idi və gündəmdə idi. Amma o, "Veres"ə keçməyəcək. İndiyə olan vəziyyət belədir ki, Ukrayna klubuna transferi baş tutmadı və "Eqnatiya"da qaldı. Sonradan necə olacağını da zaman göstərəcək. Əsas məsələ maliyyədir, "Veres" Əliyev üçün tələb olunan məbləği ödəyə bilmədi. Hər halda, Zamiq bizim futbolçumuzdur, gələcəkdə necə olacağını zaman və gələcək təkliflər göstərəcək".
Qeyd edək ki, Zamiq ötən ilin iyul ayından "Eqnatiya"nın şərəfini qoruyur.
İdman.biz