Azərbaycan millisinin və Albaniyanın "Eqnatiya" klubunun futbolçusu Zamiq Əliyevin İdman.biz-ə müsahibəsi
- Legioner həyatı necə gedir?
- Çox şükür, hər şey yolundadır.
- İki gün öncə Albaniya kubokunun finalında Tirana "Dinamo"suna məğlub oldunuz. Sizcə, qələbə üçün nə çatmadı?
- Yaxşı oyun oldu, ancaq təəssüf ki, penalti seriyasında məğlub olduq. Oyun üstünlüyümüzlə keçsə də, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Artıq həmin matçı unutmuşuq. Önümüzdə çox vacib qarşılaşmalar var. Çempionatda növbəti oyunda "Partizani"yə qalib gəlsək, finala yüksələcəyik. Ümid edirəm, istəyimizə nail olarıq.
- Karyeranızı "Eqnatiya"da davam etdirmək istəyirsiniz, yoxsa planlarınız başqadır?
- Hələ ki, bu barədə düşünməmişəm. Oyunlar bitdikdən sonra menecerimlə məsləhətləşəcəyik. Hansı variant mənə uyğun olarsa, o addımı atacağıq.
- Azərbaycan klublarından təkliflər almısınız? Ümumiyyətlə, qayıtmaq fikriniz var?
- Qışda iki klubdan təklif vardı. Ancaq Azərbaycana dönmək fikrim yoxdur, Avropada qalıb oynamaq istəyirəm.
- "Eqnatiya"ya transfer olanda demişdiniz ki, ən böyük arzum Avropada oynamaqdır. Bəs indi nəyin arzusundasınız?
- Bəli, bu məqsədimə çatdım. İndi daha böyük arzularım var və reallaşdırmaq üçün əlimdən gələni edirəm. Daha yüksək səviyyədə olan liqalarda oynamaq istəyirəm. Hazırda bunun üçün çalışıram.
Aytac Sahəd
İdman.biz
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.