"Napoli"nin baş məşqçisi Antonio Konte gələn yay məşqçisini dəyişmək niyyətində olan Turin "Yuventus"unun əsas hədəfinə çevrilib.
Lent.az xəbər verir ki, "zebralar"ın hazırkı çalışdırıcısı, xorvatiyalı mütəxəssis İqor Tudorla müqavilə klub tərəfindən uzadılmayacaq. Onun Turin klubu ilə müqaviləsi iyun ayında başa çatır.