İtaliya A Seriyasında 4-cü turun növbəti qarşılaşmaları keçirilir.
İdman.biz bildirir ki, bu turda lider "Yuventus" "Verona"nın qonağı olub.
Oyunda hesabı 19-cu dəqiqədə Konseysao açıb - 0:1.
44-cü dəqiqədə Orban "Verona"nın cavab topunu vurub.
Görüşün ilk hissəsi bu hesabla başa çatıb.
İkinci hissədə qapılara qol vurulmayıb. "Yuventus" bu mövsümdə ilk dəfə olaraq xal itirib. İqor Tudorun komandası 4 oyundan sonra 10 xal toplayıb. Onu 9 xalla "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Napoli" təqib edir.
İdman.biz