"Yuventus" və məşqçi Luçano Spalletti arasında danışıqlar tam sürətlə davam edir. Tərəflər artıq müqavilə detallarını müzakirə edirlər.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Canluka Di Marzio rəsmi səhifəsində yazır.
"Yuventus" menecerə 2026-cı ilin iyun ayına qədər müqavilə təklif edib. Müqavilə klub Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə avtomatik olaraq uzadıla bilər. Spalletti bu təklifi qəbul edib. O, İtaliya millisində uğursuz işindən sonra özünü doğrultmaq üçün təklifi qəbul etməyə hazırdır.
Spalletti əvvəllər "Roma", "İnter", "Napoli" və İtaliya milli komandasında çalışıb.