İtaliya A Seriyasının doqquzuncu turunda "Yuventus" evdə "Udineze"ni 3-1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, matç Turindəki "Allianz" stadionunda baş tutub.
Beşinci dəqiqədə Duşan Vlahoviç penaltidən hesabı açıb. Qonaqlar 45+1-ci dəqiqədə Nikolo Zaniolonun qolu ilə hesabı bərabərləşdiriblər.
Lakin fasilədən sonra Turin təmsilçisi Federiko Qattinin (67) qolu ilə yenidən hesabda irəli çıxıb. Artırılmış vaxtda Kənan Yıldız dəqiq penalti ilə yekun hesabı müəyyənləşdirib.
Bu qələbə "Yuventus"un baş məşqçi İqor Tudorun vəzifəsindən kənarlaşdırılmasından bəri ilk qələbəsi olub. Doqquz turdan sonra Turin komandası 15 xalla turnir cədvəlində altıncı, "Udineze" isə 12 xalla doqquzuncu yerdədir.
Növbəti turda "Yuventus" səfərdə "Kremoneze" ilə qarşılaşacaq, "Udineze" isə "Atalanta"nı qəbul edəcək.