İtaliya A Seriyasının VI turunun mərkəzi qarşılaşması – "Yuventus" və "Milan" oyununda qalib müəyyənləşməyib.
İdman.biz xəbər verir ki, Turin şəhərindəki "Allianz" stadionunda baş tutan görüş 0:0 hesabı ilə başa çatıb.
Qonaqların hücumçusu Kristian Pulişiç 54-cü dəqiqədə penaltidən fərqlənmək imkanı əldə etsə də, zərbəni dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, 6 oyundan sonra 13 xal toplayan "Milan" turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. "Yuventus" isə beş matçda qazandığı 12 xalla beşincidir. Turnirə 15 xalla "Napoli" başçılıq edir.