"Yuventus" cari mövsüm İtaliya A Seriyasında ilk məğlubiyyətini alıb.
"Report"un məlumatına görə, Turin təmsilçisi VII turda səfərdə "Komo" ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə bitib.
"Komo" 12 xalla beşinci, eyni xala malik olan "Yuventus" altıncı pillədə qərarlaşıb.