İtaliyanın "Yuventus" klubu türkiyəli oyunçu Kənan Yıldızla bağlı qərarını verib. Sport24.az xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzadacaq.
Yeni sözləşməyə əsasən, futbolçunun maaşının da artırılacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2022-ci ilin iyul ayından "Yuventus"da çıxış edir.