İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudoru istefaya göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, İqor Tudor 2025-ci ilin martında "Yuventus"un sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda son bir ay yarım ərzində qələbə qazana bilməyib, axırıncı dörd qarşılaşmada isə rəqibin qapısına bir qol belə vurmayıb.