"Lill"in hücumçusu Conatan David karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı kanadalı ilə "Yuventus" maraqlanır. Turin klubu hazırda azad agent statusu daşıyan futbolçu ilə danışıq aparır.
Qeyd edək ki, David ötən mövsüm 49 oyun keçirib, 25 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun "Lill"lə müqaviləsi bu ay başa çatır.