Yusuf Demir mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq. Sport24.az xəbər verir ki, türk əsilli avstriyalı futbolçu İstanbul nəhənginin yeni müqavilə təklifini qəbul etməyib.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Klub Yusufa illik 950 min avroluq maaşını azaltmaq şərti ilə yeni sözləşmə təklif edib. 22 yaşlı vinger bununla razılaşmayıb. O, gələn ilin yayında "sarı-qırmızılar"ı azad agent statusu ilə tərk edəcək.
Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında "Rapid"dən 6 milyon avroya transfer edib. Avstriya U-21 millisinin üzvü "aslanlar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.