top
Yuritsa Vranyeş: Zirə Hayduku təəccübləndirə bilər Idman.biz
03 iyul 2025, 13:02
- ↺ +

Yuritsa Vranyeş: "Zirə" "Hayduk"u təəccübləndirə bilər

Xorvatiya millisinin sabiq futbolçusu, karyerası ərzində Almaniyanın "Bayer Leverkuzen", "Ştuttqart" və "Verder Bremen" kimi tanınmış komandalarında çıxış etmiş Yuritsa Vranyeşin AZƏRTAC-a eksklüziv müsahibəsi

- "Hayduk" Konfrans Liqasında Azərbaycan təmsilçisi "Zirə" ilə qarşılaşacaq. Bu oyunda şansları necə qiymətləndirirsiniz?

-"Hayduk mütləq şəkildə qalib gəlməlidir. Geridə qalan mövsümdə çempion olmağa yaxın idilər. Lakin alınmadı. İndi azarkeşlər komandalarından qələbə gözləyirlər. Xorvatiyada "Zirə"ni çox da tanımırlar və rəqibi güclü hesab etmirlər. Buna görə də təmsilçimiz qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmalıdır.

- Xorvatiya komandasını necə xarakterizə edərdiniz?

- "Hayduk" Xorvatiyada böyük klublardan biridir. Ötən mövsüm komandaya rəhbərlik edən italiyalı keçmiş futbolçu Cennaro Qattuzo klub üçün böyük ad idi. Rəhbərlik və bütün Split şəhəri onu dəstəkləyirdi. Amma bu, onların çempion olmasına kifayət etmədi. Daha sonra Qattuzo postundan ayrıldı. Yeni gələn mütəxəssis ispandır. "İstra"dan gəlib. Çox yaxşı məşqçidir. Lakin "İstra" və "Hayduk" arasında fərq çoxdur. Təzyiq altında işləmək ona çətinlik yaradacaq.

- "Zirə" haqqında hansı informasiyaya sahibsiniz?

- Mən yalnız "Zirə"ni tanıyıram. Bir az əvvəl dediyim kimi, bu komanda xorvat azarkeşlər üçün yaddır. Sadəcə, "Osiyek"lə oyunlar insanların yaddaşında qalıb. Həmin matçda Azərbaycan təmsilçisi sevinən tərəf olmuşdu. Bəzən futbolda pul həlledici rol oynamır. Kiçik komanda belə sürprizlər edir. "Zirə" də öz oyunu ilə "Hayduk"u təəccübləndirə bilər. Split klubu hər şeyə hazır olmalıdır. Çempionluğu itirdilər. Azarkeşlər gələcəkdə onlardan çox yaxşı nəticələr gözləyirlər.

- Azərbaycan futbolu barədə nə bilirsiniz?

- Düzünü desəm, keçmişlə bağlı çox şeyi xatırlamıram. Mənim "Bayer Leverkuzen"dəki sabiq baş məşqçim Berti Foqts və Xorvatiya yığmasında komanda yoldaşım olmuş Robert Prosneçki Azərbaycan millisində işləyib. Azərbaycan futbolu deyiləndə ağlıma ilk olaraq "Qarabağ" gəlir. Bu komandanın heyətində güclü futbolçular var. Avropada uğurla çıxış edirlər. Transferlərdən də yaxşı pul qazanırlar. Hətta "Qarabağ"ın Sloveniyanın "Olimpiya" (Lyubyana) klubuna qarşı matçını da izləmişəm.

- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?

-Bu barədə düşünməmişəm (gülür).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər