top
Yuri Vernidubun Neftçiyə təyinatına mane olan hüquqi və şəxsi səbəblər Idman.biz
25 noyabr 2025, 17:14
- ↺ +

Yuri Vernidubun "Neftçi"yə təyinatına mane olan hüquqi və şəxsi səbəblər

Ukraynalı məşqçi Yuri Vernidub bir sıra KİV-in məlumatına görə, Samir Abasovun istefasından sonra "Neftçi"nin baş məşqçi postuna əsas namizəd olaraq qalır.

Lakin İdman.Biz-in məlumatına görə, onun hazırda təyinatı futbol yox, hüquqi və şəxsi səbəblərə görə mümkün olmur.

Ukraynalı jurnalist Mixail Spivakovskinin məlumatına görə, 59 yaşlı Verniduba bir neçə xarici klub, o cümlədən Bolqarıstanın "Ludoqorets"i müraciət edib. Bununla yanaşı, o, Azərbaycan variantının da olduğunu bildirir və bunu birbaşa "Neftçi" ilə əlaqələndirir.

Mütəxəssis isə prinsipial mövqeyinə sadiqdir: Ukraynanı rəsmi icazə olmadan və ya 60 yaşı tamam olmadan tərk etməmək. Bu tarix 2026-cı il yanvarın 22-nə təsadüf edir.

Bu mövqe Ukraynada hərbi vəziyyət dövründə qüvvədə olan məhdudiyyətlərlə üst-üstə düşür. Qanunvericiliyə əsasən, səfərbərlik yaşında olan kişilər 60 yaşa qədər və hərbi uçotda olduqları halda sərbəst şəkildə ölkəni tərk edə bilməzlər. Vernidub açıq şəkildə bildirir ki, hərbi öhdəlik daşıyır.

O, əvvəlki müsahibələrində Ukrayna KİV-ə "hərbi öhdəlik daşıdığı üçün ölkəni heç yerə tərk edə bilməyəcəyini" və hazırda yaradıcılıq məzuniyyətində olduğunu, ölkə xaricində işlə bağlı heç bir danışıqlar aparmadığını demişdi. O, Ukraynanı yalnız xüsusi icazə ilə və ya 60 yaşa çatdıqdan sonra tərk edə bilər.

Vacib məqam ondan ibarətdir ki, Vernidub üçün müharibə mövzusu formal bir məsələ deyil. O, müharibənin ilk günlərində "Şerif"in baş məşqçi postunu tərk edib Ukraynaya qayıdıb, əvvəlcə ərazi müdafiəsinə, sonra Silahlı Qüvvələrə qoşulub və artilleriya bölməsində xidmət edib. Bundan sonra yenidən məşqçiliyə qayıdaraq "Krivbass"ı çalışdırıb və komandaya UPL-in bürünc medallarını qazandırıb.

Hələ 2022-ci ildə "Neftçi"nin baş məşqçi postuna namizədlər sırasında adı hallanarkən, ukraynalı mütəxəssis Azərbaycan mətbuatına verdiyi müsahibədə müharibə bitənədək cəbhədə qalacağını və döyüşlər davam etdiyi müddətdə Bakıya köçməyə hazır olmadığını vurğulamışdı.

Hazırda vəziyyət müəyyən mənada dəyişib: Vernidub artıq peşəkar futbola qayıdıb və yaxınlarda "Krivbass"dan ayrılıb. Lakin onun hərbi öhdəlik statusu və rəsmi icazə olmadan Ukraynanı tərk etməmək prinsipi "Neftçi"yə dərhal təyinat almasına maneələr olaraq qalır. Rəsmi olaraq 59 yaşlı mütəxəssis üçün Bakıya yol ya xüsusi icazə aldığı halda, ya da 2026-cı il yanvarın 22-də, 60 yaşı tamam olanda açılacaq. Həmin vaxt o, hərbi vəziyyət dövründə sərt məhdudiyyətlər tətbiq olunan yaş kateqoriyasından çıxmış olacaq.

Beləliklə, "Neftçi" Yuri Vernidubu prioritet namizəd kimi nəzərdən keçirməyə davam etsə belə, onun mümkün təyinatı daha çox orta perspektivdə real görünür. Dəqiq tarixlər təkcə tərəflərin istəyindən deyil, həm də Ukrayna hakimiyyətinin qərarlarından, eyni zamanda məşqçinin hüquqi və vicdani baxımdan Ukraynanı tərk etməyə hazır olacağı ana qədər Bakıda vakansiyanın açıq qalmasından asılı olacaq.

Xatırladaq ki, Samir Abasovun istefasından sonra "Neftçi"də baş məşqçi vəzifəsini müvəqqəti olaraq Sənan Qurbanov icra edir.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Oxşar xəbərlər