top
Yuri Vernidub: Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük (genişləndirilmiş versiya) Sport24.az
15 fevral 2026, 16:51
- ↺ +

Yuri Vernidub: "Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük" (genişləndirilmiş versiya)

Misli Premyer Liqasının XX turunun "Kəpəz" – "Neftçi" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

 

– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə "yedizdirib, içizdirmisiniz"?


– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl "Forza Neftçi"nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

 

– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. "Qarabağ"la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?


– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

 

– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?


– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

 

– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?


– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. "Ulduzlar" olanda onları da idarə etmək çətindir.

 

– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, "Qarabağ" və "Neftçi" Ukraynanın "Dinamo" və "Şaxtyor"u kimidir. İndi "Qarabağ"la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?


– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. "Qarabağ" Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, "Qarabağ"a "Nyukasl"la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

 

– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?


– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm "Neftçi"yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Oxşar xəbərlər