Yürgen Klopp yaxın zamanda yenidən məşqçilik fəaliyyətinə qayıdacaq.
İdman.biz xəbər verir ki, "La Stampa" nəşrinin məlumatına əsasən, tanınmış mütəxəssis "Roma" klubu ilə razılığa gəlib.
Mənbənin bildirdiyinə görə, məhz Klopp yayda "canavarlar"ın sükanı arxasında Klaudio Ranyerini əvəz edəcək.
57 yaşlı almaniyalı 2025-ci ilin əvvəlindən "Red Bull"un futbol sistemində çalışır. Onun bu vəzifədən ayrılıb özünə daha doğma olan məşqçilik fəaliyyətinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, bir il əvvəl Yurgen Klopp doqquz ilə yaxın rəhbərlik etdiyi "Liverpul" klubundan ayrılmışdı. "Roma" A Seriyasının son turu ərəfəsində turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.
İdman.biz