"Liverpul"n keçmiş baş məşqçisi Yurgen Klopp Florian Virtsin transferini ağlasığmaz adlandırıb.
İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis futbolçulara ödənən məbləğlərə münasibət bildirib.
"Şübhəsiz, bu, ağlasığmaz rəqəmdir, ilk 2-3 oyunda işlər yaxşı getməsə "Liverpul"un istənilən futbolçusu bunu hiss edəcək. Hər kəs razıdır ki, söhbət əla oyunçudan gedir. Xatırlayıram, əgər hər hansı futbolçuya 100 milyon ödəsək gedəcəyimi demişdim. Amma dünya dəyişir. Hazırki transfer bazarı belədir. İndi qalıb bir məsələ - o, İngiltərə çempionunu daha güclü edə biləcəkmi?", - deyə Klopp Welt nəşrinə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, "Liverpul" 23 yaşlı yarımmüdafiəçinin transferinə görə "Bayer"ə 100+16 milyon funt ödəyib.
İdman.biz