top
Yunus Hüseynovdan Ayxan Abbasova cavab: Bu, baş məşqçiyə yaraşmaz - MÜSAHİBƏ Idman.biz
07 oktyabr 2025, 14:12
- ↺ +

Yunus Hüseynovdan Ayxan Abbasova cavab: "Bu, baş məşqçiyə yaraşmaz" - MÜSAHİBƏ

Misli Premyer Liqasında VII turdan sonra fasilə yarandı. Buna səbəb milli komandaların dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlardı. Azərbaycan yığması oktyabrın 10-da Parisdə Fransa, bundan 3 gün sonra Polşanın Krakov şəhərində Ukrayna millisi ilə qarşılaşacaq. Səfər öncəsi vaxtilə millimizin şərəfini qorumuş, hazırda "Turan Tovuz"un məşqçisi olan Yunis Hüseynov matc.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Milli Fransa səfərinə hazırlaşır. O Fransa ki, "Oser faciəsi"də - 0:10 hesabı ilə uduzduğumuz oyunun iştirakçısı olmusuz. 30 il əvvəlki ilə indiki komandaları – həm Fransa, həm Azərbaycan yığmasını necə müqayisə edərdiz?

- Oserdəki görüşü yenə yada salırsınız... Bir neçə gün əvvəl Fransa mətbuatı da həmin görüşdən bəhs etmişdi. Düzdü, biabırçı qarşılaşma idi. Gəlin etiraf edək ki, həmin vaxt yığmamızın fiziki hazırlığı demək olar ki, sıfıra bərabər idi. Bilirsiniz ki, onda təlim-məşq toplanışı olmurdu. Oyuna 1-2 gün qalmış hazırlaşdığımız üçün belə məğlubiyyətlər olurdu. Amma indi futbolçular üçün hər cür şərait yaradılıb. Həmin Fransa ilə indikini müqayisə etməzdim. 30 il əvvəlki Fransa indikindən qat-qat güclü idi. Yığmamıza isə qarşıdakı hər iki görüşdə uğurlar arzulayıram.

- Yığmamız uzun müddətdən sonra yerli mütəxəssisə - Ayxan Abbasova tapşırılıb. Bu səbəbdən komandaya ümidlər də çoxdu, uğur arzulayanlar da. Sizcə, Fransa ilə görüşdə xal qazanmaq şansımız varmı?

- Əlbəttə, millinin qələbəsini, xal qazanmasını hamı istəyir. Özü də tək Fransa deyil, bütün oyunlarda xal qazanmaq əla olar. Mən də komandamıza azarkeşlik edəcəm, millinin hər bir üzvünə uğurlar arzulayıram. İstəyərdim ki, Fransa ilə matçda xalsız qalmayaq.

- O vaxt komandamıza qarşı oynayan Didye Deşam bu dəfə baş məşqçi postundadı. Sizsə, fransız mütəxəssis əsas heyətə şans verəcək, yoxsa gənclərə?

- Köklü dəyişiklik edəcəyinə inanmıram, amma hər şey ola bilər. Bəlkə də gənclərə şans verdi. Bütün milli komandaların baş məşqçiləri hər oyuna ciddi hazırlaşırlar. Fransızların da bizə qarşı çox ciddi yanaşdığını düşünürəm. Bununla belə, Fransanın gənc futbolçuları da güclüdü.

- Yeri gəlmişkən, millimizin baş məşqçisi Ayxan Abbasov çalışdığınız "Turan Tovuz"un "bostanına daş atıb". O deyib ki, yerli futbolçuların ən az oynadığı klub "Turan Tovuz"du. Rəhim Sadıqov, Ayxan Quseynov, Veysəl Rzayev, Xəyal Nəcəfov milliyə namizəd ola bilərlər. Amma həmin futbolçular az oynayırlar...

- Həmin fikirlərlə tanışam. Mənə elə gəlir ki, bu, qeyri-peşəkar yanaşmadı. Baş məşqçinin belə danışması düzgün deyil. Mən "Turan Tovuz"da məşqçisiyəm. Onun açıqlaması futbolçulara pis təsir edə bilər. Komanda daxilində narazılıq yarada bilən çıxışdı. Ayxan Abbasov bunu etməməli idi. Mən də bəzi detalları deyə bilərəm.

- Hansı detalları?

- "Şamaxı"da hər tur 8-9 legioner oynayır. Ayxan Quseynov, Veysəl Rzayev, Rəhim Sadıqov, Xəyal Nəcəfovu nəzərdə tutursa, onlar meydana əvəzetmədən daxil olurlar. Ayxan 7 matçın hamısında meydana çıxıb, Rəhim isə bir neçə görüşdə əsas heyətdə yer alıb, Xəyal da həmçinin. Futbolçuların oynayıb-oynamamağına gəlincə, qapıçılardan başlayıram. Ayxan Abbasovun milliyə dəvət etdiyi qapıçılardan heç biri öz klublarında oynamır. "Turan Tovuz" haqda danışıb deyə, mən də bu komandanın məşqçisi kimi bu sözləri deyirəm. Yəqin futbolçular da inciməzlər, hər birinə hörmətim var. Hamısına uğurlar arzulayıram. Qapıçılardan heç biri öz komandasında əsas heyətin üzvü deyil. Səlahət Ağayev, Mehdi Cənnətov bütün oyunlarda meydanda olub, onları çağırmaq olardı. Müdafiəçilər var ki, onlar da öz komandalarda oynamır. Mahir Emrelini götürsək, 2-3 aydı meydana çıxmır. Dediyim odu ki, bu, baş məşqçiyə yaraşan açıqlama deyil.

- Ayxan bəyə iradınız yalnız bunlardı?

- Mən yadıma düşənləri dedim. Ceyhun Nuriyev "Zirə"də əsas heyətdə oynamır. Anatoli Nuriyev, Abdullah Xaybulayev da onun kimi. Öz klublarında meydana çıxmasalar da, milliyə dəvət alıblar. Ayxan Abbasov bunu nəzərə almalı idi. Milliyə oynamayan futbolçular dəvət alıb. Bunu bəhanə etmək düzgün deyil. Bilmirəm, məqsədi nədi, amma Ayxan Abbasova yaraşdırmadım. Belə açıqlamalar futbolçular arasında narazılıq yarada bilər. "Turan Tovuz" haqda belə deməyi düzgün deyildi.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər