top
Yunus Hüseynov: Millimizin İslandiya ilə oyunda şansları var idi, istifadə edə bilmədik Idman.biz
14 noyabr 2025, 17:45
- ↺ +

Yunus Hüseynov: "Millimizin İslandiya ilə oyunda şansları var idi, istifadə edə bilmədik"

"İstərdik ki, komandamız dünənki oyunda xal qazansın. Əfsuslar olsun ki, bu dəfə də məğlubiyyətdən qaçmaq mümkün olmadı".

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Turan Tovuz"un məşqçilər korpusunda yer alan mütəxəssis Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiyaya 0:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.

Mütəxəssis yığmanın İslandiya qarşısında şanslarının olduğunu, amma bundan istifadə edə bilmədiyini deyib: "İlk hissədə rəqib iki top vuraraq hesabı öz xeyrinə həll etdi və oyunun taleyi birinci yarıda müəyyənləşdi. Əslində, millimizin də imkanları var idi və hesab başqa cür də ola bilərdi. İkinci hissədə isə İslandiya komandası növbəti oyunlara hazırlaşdığı üçün tam gücünü ortaya qoymadı və bu səbəbdən millimiz daha üstün çıxış etdi", - deyə məşqçi AZƏRTAC-a açıqlamasında deyib.

Veteran futbolçu iki gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: "Fransa ilə qarşılaşma da maraqlı və gərgin olacaq. Onlar ötən gecə Ukrayna seçməsinə qalib gələrək mundiala vəsiqəni təmin etdilər. Buna baxmayaraq, Azərbaycan millisinə ciddi yanaşacaqlar. Çünki bütün futbolçular milli komandada çıxış edərkən daha çox məsuliyyət daşıyır, hər oyunda maksimum səylə çıxış edir və nəticəyə nail olmaq üçün bütün imkanlardan yararlanmağa çalışırlar".

Qeyd edək ki, hazırda Fransa 13 xalla D qrupuna liderlik edir. 7 xala malik Ukrayna və İslandiya müvafiq olaraq, ikinci və üçüncü yerləri tuturlar. Aktivində 1 xalı olan Azərbaycan isə dördüncü - sonuncu pillədədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Oxşar xəbərlər