top
Yunis Hüseynovdan turun DƏYƏRLƏNDİRMƏSİ İdman.biz
26 avqust 2024, 16:52
- ↺ +

Yunis Hüseynovdan turun DƏYƏRLƏNDİRMƏSİ

"Səbail" - "Kəpəz" qarşılaşmasında hər iki komandaya xal lazım idi".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, Premyer Liqanın lV turunda baş tutan qarşılaşmaları şərh edib. Hüseynov bildirib ki, "Səbail" - "Kəpəz" (4:0) duelində bakılılar inamlı qələbə qazanıb: "Kəpəz" özünə oxşamırdı. Gəncə təmsilçisi bir neçə ildir ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu da xoş təsir bağışlamır. Gəncə kimi futbolu olan şəhərin komandası belə olmamalıdır. Azarkeşlər də düzgün olaraq gileylənirlər. Komanda yüksək nəticə üçün də çalışmalıdır. Amma əfsuslar olsun ki, bu matçda da zəif çıxış etdilər. Düzgün addım atılmasa, onlar üçün çox çətin olacaq. 4 tura baxanda ən zəif görünən də elə "Kəpəz"dir. İlk addımlarını bu komandada atan biri kimi belə mənzərəni görmək mənə pis təsir edir".

O, "Qarabağ" - "Turan Tovuz" (0:1) matçında bölgə təmsilçisinin inamlı qələbə qazandığını deyib: "Tovuzlular mövsümə çox yaxşı başlayıblar. "Qarabağ" Çempionlar Liqasında bir neçə gün sonra "Dinamo" ilə qarşılaşacağından bir neçə oyunçusuna istirahət vermişdi. Amma Ağdam təmsilçisində ehtiyat futbolçu anlayışı yoxdur. Hər bir oyunçu burada əsas sayılır. Tovuz təmsilçisində isə baş məşqçinin işi görünür. Kurban Berdiyev həqiqətən də yüksək səviyyəlidir. Bu, danılmaz bir faktdır. Komandanın meydanda intizamı, futbolçuların bir-birini başa düşməsi və s. hamısı nəticəyə təsir edir. Necə ki, bunu "Qarabağ" üzərində qazandıqları qələbədə görmək olur. Belə davam etsələr, yaxşı nəticə əldə edə bilərlər".

"Araz-Naxçıvan" - "Neftçi" (1:1) qarşılaşması barədə də danışan veteran futbolçu bildirib ki, "ağ-qaralar"a görə çox təəssüf hissi keçirir: "Onlar bu vəziyyətdə olmamalıdır. Ömrümüzü "Neftçi"yə həsr etmişik. Mənim bu komandanın azarkeşlərinə böyük hörmətim var. Onlar qələbəyə layiqdirlər. Çünki hava şəraitindən asılı olmayaraq daim öz komandalarını yüksək şəkildə dəstəkləyiblər. Amma "Neftçi" hazırda özündə deyil. Ola bilər ki, növbəti oyunlarda yaxşı təsir bağışlayacaqlar, bəlkə də çempion olacaqlar. Amma bu gün komandada intizam sıfırdır, meydana futbolçuları sanki məcbur çıxarırlar. Oyunçularda nə o həvəsi, nə də baş məşqçinin hansısa bir işini görmürəm. Düzdür, Qriqorçuk bir zamanlar yaxşı imkanlı klubda nəticə verib. Təbii ki, komanda oyun baxımından üstünlük əldə edə bilmir. Əfsuslar olsun ki, "feyr-pley"i də pozdular. Bu da onlara yaraşan bir hal olmadı. Transfer etdikləri də kluba uyğun deyillər. Rəhbərlik tərəfindən komandaya bütün şərait yaradılıb. Amma hazırda çox istəksizdirlər".

Hüseynov "Sabah" - "Sumqayıt" (3:1) matçında isə ev sahiblərinin inamlı qələbə qazandıqlarını vurğulayıb: "Düzdür, hesabı "Sumqayıt" açdı. Müdafiəçi və qapıçının səhvindən istifadə edib, buna nail oldular. Amma "Sabah" toparlandı və qələbə qazandı. Rəqibindən də olduqca üstün görünürdülər".

O, "Zirə" - "Şamaxı" (0:1) qarşılaşmasında isə Bakı təmsilçisinin yorğunluğunu önə çəkib: "Konfrans Liqasında "Omoniya" ilə qarşılaşmada yorulmuşdular. 0:6 hesabından sonra geridönüş çox çətindir. "Şamaxı"ya qarşı komandanın əsas heyətini meydanda görmək istəyərdim. Rəşad Sadıqov bir çox futbolçusuna istirahət vermişdi. Fikrimcə, çempionata köklənsələr, daha yaxşı olardı. Çünki xalların itirilməsi kluba pis təsir edə bilər".

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Oxşar xəbərlər