top
Yunis Hüseynov: “Neftçi”də dəyişikliyə baxmayaraq, oyun baxımından heç nə yoxdur” İdman.biz
11 noyabr 2024, 18:20
- ↺ +

Yunis Hüseynov: “Neftçi”də dəyişikliyə baxmayaraq, oyun baxımından heç nə yoxdur”

"Bütün oyunları izlədim. "Zirə" 3-4 gün öncə "Araz Naçıvan"la (0:1) təxirə salınmış oyuna çıxdığı üçün futbolçuları yorğun görünürdü".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 13-cü turunun matçlarını şərh edib. O bildirib ki, "Qarabağ" - "Zirə" (4:0) qarşılaşmasında Ağdam təmsilçisinin Norveçdəki uğurunun da xüsusi payı olub: "Qurban Qurbanovun komandası güclüdür. Bu səbəbdən də nəticə belə alındı. İlk hissədə olduğu kimi ikinci yarıda da "Zirə" qapıya demək olar ki, yaxın düşmədi. Fikrimcə, bu, yorğunluqdan idi".

Hüseynov bildirib ki, "Araz-Naxçıvan" - "Sumqayıt" (1:0) qarşılaşmasında meydan sahibləri çox yaxşı oyun nümayiş etdirib: "Bölgə təmsilçisinin yaxşı oyunçuları var. Elmar Baxşıyev "Qəbələ"də tanıdığı futbolçuları komandaya cəlb edib. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər və hər zaman yaxşı nəticəyə köklənirlər. Bu da hər zaman alınır. Vaqif Cavadov "Sumqayıt"ın "sükanı arxasına" 4 matçdır keçib və bunun iksində qələbə qazanıb. Yaxşı oynayırlar".

Onun sözlərinə görə, "Sabah" - "Kəpəz" (2:2) qarşılaşmasında Bakı təmsilçisi favorit hesab olunsa da, gəncəlilər rəqibdən xal almağı bacarıblar: "Kəpəz" son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Qalib gəlməyə də layiq idilər. Hardasa istəklərinə nail olub, xal götürdülər".

Hüseynov "Səbail" - "Turan Tovuz" (1:1) matçının da maraqlı alındığını deyib: "Bakılılar turnir cədvəlində son sıralardadır. "Turan Tovuz" isə yerini möhkəmləndirmək istəyir. Əgər Tovuz təmsilçisi matç zamanı 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydi, ikinci hissədə oyun tamam başqa cür ola bilərdi. "Səbail"in baş məşçqi dəyişikliyi oldu. Bu cür hadisələr futbolçulara təsir edir. Amma hər şeyə rəğmən, "Səbail"in oyunçuları çox istəkli görünürdülər".

O, "Neftçi" - "Şamaxı" (2:2) matçı barədə danışmağın çətin olduğunu da etiraf edib: "Ağ-qaralar"da son zamanlar xeyli dəyişikliklər baş verib. Daim "Neftçi" azərkeşi olmuşam, hər zamanda qələbə qazanmalarını istəmişəm. Lakin əfsuslar olsun ki, bu klub ümidləri doğrultmur. Dəyişikliklərə baxmayaraq, oyun baxımından heç nə yoxdur. "Neftçi" flaqmandır və belə də qalmalıdır. Heyətdə bəzi şeylər məni qane etmir. Baş məşqçidən başqa, kiminsə orda göstəriş verməsi yaxşı görünmür. "Şamaxı" isə layiqli mübarizə apardı, geri düşməsinə baxmayaq istədiyi xalı aldı".

Qeyd edək ki, Premyer Liqada 13 turdan sonra "Qarabağ" 31 xalla vahid liderdir. Ağdam klubu rəqiblərindən 1 oyun da az keçirib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Oxşar xəbərlər