top
Yunis Hüseynov: Çempionluğa iddiamız davam edir, üçlükdə olmağa inanırıq Idman.biz
08 yanvar 2026, 15:33
- ↺ +

Yunis Hüseynov: "Çempionluğa iddiamız davam edir, "üçlük"də olmağa inanırıq"

"Fanatlar həmişə məzmunlu oyun istəyir. Amma nəticə də önəmlidir".

Bunu Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Turan Tovuz"un məşqçilər korpusunda yer alan mütəxəssis Yunis Hüseynov futbolpress.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Hazırlıq necə gedir?

– Özünüz də görürsünüz, yaxşı gedir, göz qabağındadır. Təəssüflər olsun, 3-4 zədəlimiz var. Onlar da artıq məşq edirlər, komandaya qısa müddətdə qoşulacaqlar.

– Transferlərlə bağlı suallar çoxdur. Neçə transfer nəzərdə tutmusuz?

– Yaxşı transferlər edib, yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyirik. Seçimlər edirik. Yəqin, 2-3 oyunçu götürərik.

– Hansı mövqelərdi?

– Alınarsa, hər mövqeyə bir oyunçu – hücum, yarımmüdafiə, müdafiə.

"Məqsəd yoxdursa, komandada işləməyə dəyməz"

– Dünən məşqdən video çəkmişdim, baş məşqçinin ən çox işlətdiyi söz – "topla oyna" idi. Amma azarkeşlər komandanın baxımlı oynamadığından şikayətlənir…

– Fanatlar həmişə məzmunlu oyun istəyir. Amma nəticə də önəmlidir. Məzmunlu oyun yox, nəticə yadda qalır. Kurban Berdıyev heç vaxt uzun ötürmələrlə oynamağın tərəfdarı olmayıb. O, qısa ötürmələrlə məzmunlu futbol istəyir. Futbolçular tapşırıqları yetirə bilmirsə, günahı rəhbərlikdə, məşqçilərdə görmək lazım deyil. İndiki toplanışda da görürsünüz, əsasən toplu məşqlərdir. Hər məşqdə də tapşırırıq ki, arxadan topla çıxaq. Qış fasiləsindən sonra daha məzmunlu, topla oynayan komanda görəcəyik. Bilirsiz, əslində, topla çox oynayırıq. Sadəcə, bəzi matçlarda nəticə önəmli olur, ona uyğun davranırsan. Biz də taktikanı rəqibə qarşı qururuq və bu formada çıxış edirik. Amma yenə deyirəm, birinci məqam nəticədir.

– Fasilədən sonra ilk oyun "Sumqayıt"ladır. İndi danışmaq tez olar, amma yəqin, təhlilləriniz var. Rəhbərlik çempionluq hədəfi qoyub. Bəs real güc, potensial nəyi göstərir?

– Hər komanda yaxşı yerlər üçün mübarizə aparır. Məqsəd budur. Məqsəd yoxdursa, komandada işləməyə dəyməz. Hədəfimiz klub rəhbərinin də dediyi kimi, yaxşı yerlər üçün mübarizə aparmaqdır. Potensialı da görürəm. Qarşıda oyun çoxdur. Bir dəfə çıxışımda demişdim zirvədən qopmamışıq. Komandanın potensialı imkan verir ki, "üçlük"də olsun. Bunu bacaracağımıza da inanıram.

– "Üçlük"də olmaq da uğurdur. Bəs rəhbərliyin çempionluq iddiası?

– Əlbəttə. Məsələn, ardıcıl üç qələbə qazansaq, liderliyə də yüksələ bilərik. Mövsümün əvvəlində yuxarıdaydıq. İndi də fərq çox deyil. Çempionluğa hələ də iddiamız var.

– Çempionatda ötən ilə nisbətən dəyişən nəsə var?

– Oyunlar bu il daha ağır keçir. Bu da legioner limitinin ləğv olunmasıyla bağlıdır. Liqaya yüksələn komandalarla da oynamaq asan deyil. Hər kollektivin legioneri var. Sürət artıb, oyunlar ağır keçir. Mənfi məqam isə odur ki, millimiz zəifləyib və bundan sonra da zəifləyəcək. Çünki yerli futbolçular komandada oynamır. Ötən il bununla bağlı məcburiyyət var idi. Amma indi baxın, bəzi komandalarda 9-10 legioner meydana çıxır. Fikirlərimin üstündə qalıram, limitin ləğvi millini zəiflədəcək.

– Çıxış yolu nədir? Nə etmək lazımdır ki, yerli oyunçular qopmasın. Belə gedişlə, 1-2 ilə oyunçu tapmaqda çətinlik çəkəcəyik.

– Millini düşünürüksə, limiti əvvəlki sistemə qaytarmalıyıq.

– Bəs klublar etiraz etsə?

– Hər məşqçi istəyər ki, limit ləğv olunsun. Bu, kluba xeyirdir. Baxın, limitin ləğvindən sonra çempionatın səviyyəsi artıb. Amma milli də var axı… Tək klubları düşünürüksə, saxlayaq limiti. Millinin də uduzmasına fikir verməyək. Amma çempionatda 12 komanda var, hərəsində mütəmadi 4 oyunçu olsa, artıq milli üçün seçim artır. Amma indi necədir? Komandalarda bir-iki yerli oyunçu oynayır, milliyə də oynamayan futbolçu çağırılanda nəticə…

"Yerlilərin xətrinə dəymək istəmərəm, amma rəqabətə dözümlülük yoxdur"

– Belə fikir var idi ki, yerli oyunçular limitin ləğvindən sonra xaricə gedib özünü sübut etməyə çalışacaq. Amma indi daha çox gedənlər qayıdır.
– Limitin ləğvindən sonra futbolçu gedib xaricdə oynayacaq deyə bir şey yoxdur. Çünki gedən əvvəldən də gedərdi. Üstəlik oynamadan getmək daha çətindir. Yerlilər elə oynamalıdır ki, xarici klubların diqqətin çəksin. Məsələn, Kvaratsxeliyaya görə skautlar Gürcüstan liqasını diqqətdə saxlayır. Amma bizdə bu potensial yoxdur axı. Düzdür, "Qarabağ"ın yerlilərinə maraq ola bilər, o da Çempionlar Liqasına görə. Bizimkilər maksimum Türkiyənin I Liqasına gedə bilər, o da təklif olsa. Yerlilərin xətrinə dəymək istəmərəm, amma rəqabətə dözümlülük yoxdur. Çalışmırıq ki, mübarizə aparaq.

– Rahatlıq var…

– Düzdür, bizim yerli oyunçularımız çox vaxt rəqabətə girmir. Demir ki, niyə mən oynamıram, o oynayır? Rəqabət aparmaq, şansı qazanmaq lazımdır. Biz bu rəqabətdə uduzuruq. Xaricə getmək məsələsi də elədir ki, gərək oynayasan, görsünlər…

– Bir neçə il əvvəl AFFA-nın elit-məşq layihəsinin rəhbəri idiniz. Bir müddət aşağı yaşlıları yaxından izlədiniz, böyük potensialının olub-olmamasını daha yaxşı bilərsiniz…

– Həftədə iki dəfə məşqlər olurdu. Hər komandanın ən yaxşılarını çağırırdıq. Yaxşılar var idi. Məsələn, iyirmi uşaq içində bir nəfərdə potensial görünürdü. Amma onun sonradan necə olacağını bilmirik. Biz 13 yaşlılara qədər qruplara nəzarət edirdik. Baxırdın ki, üzərində işləsən, nəsə alınar, ancaq uşağın qabında da nəsə olmalıdır ki, inkişaf etdirəsən. İndi akademiyalarda ola bilər, potensiallı uşaqlar çox olsun. Amma üzdə olanlar barmaqla sayılacaq qədərdir.

– Onların özlərini göstərməsi üçün yaxşı liqalar da olmalıdır…

– Hərdən xaricdə futbolçuların erkən yaşda etdikləri hərəkətə baxıram, deyirəm ki, artıq bunun qabında var. Bizdə uşaqların futbol fantaziyası zəifdir. Mənə elə gəlir ki, uşaqlara azadlıq vermək lazımdır, meydanda nəyi yaxşı bacarır, onu etsin. Gənclərə həmişə azadlıq verməliyik. Uşaqları şablon məşqlərə, qəlibə "otuzdurmaq" olmaz, onlara sərbəstlik vermək lazımdır ki, futbol improvizasiyası inkişaf etsin.

– Sizin vaxtınızda necə idi?

– ⁠Bizə futbolun texnikasını dərinliyinə qədər öyrətməyiblər. Topu veriblər, 5-5 futbol oynamışıq. Biz o oyunlarda yetişirdik. Uşaq vaxtı futbola baxırdıq, hər oyunçudan nəsə götürürdük. Səhər də məşqə gələndə deyirdik ki, dünən bu hərəkəti gördüm, görən mən edə bilərəmmi. Baxın, deməli biz nəsə özümüz etdik, öyrəndik. İndi də uşaqlara azadlıq vacibdir. Nəyi yaxşı bacarırsa, etməlidir.

"Yəni, ordan da çıxmayacağıqsa, daha nə oldu?!"

– Millinin ulduzlarından olmusunuz. Komandanın Millətlər Liqasında oyunlarından nə gözləyirsiniz? Müsbətə doğru dəyişklik olacaq?

– Müsbət olsa, yaxşı olar. Lakin indi yerli oyunçularımız çox oynamır. Bu halda nəticə olsa, yaxşıdır. Amma düşünürəm ki, Millətlər Liqasında zəif liqadayıq, qrupdan çıxarıq. Yəni, ordan da çıxmayacağıqsa, daha nə oldu?! O ki qaldı Avropa çempionatının seçmə mərhələsinə, orda çətin olacaq. Əlbəttə, istərdik ki, milli yaxşı nəticələr qazansın. Hamının arzusu budur. Özbəkistan dünya çempionatına gedir, hamı həsədlə baxır. Biz bunu istəməzdik?

– U-20 dünya çempionatına Özbəkistanla birlikdə ev sahibliyi edəcəyik. Operativ hansı işlər görmək lazımdır ki, faydalı olsun?

– Bilmirəm. Operativ olaraq, U-21-ə məşqçi qoymaq lazımdır.

– Yerli, ya əcnəbi?

– Əlbəttə, yerli. İndidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq lazımdır. Təyinat olmalı, savadlı məşqçi gəlməlidir.

– Başqa sözünüz var?

– Təşəkkür edirəm. Jurnalistlərə həmişə açıq olmuşam, hörmətlərini saxlamışam və bundan sonra da saxlayacağam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Bu gün, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Bu gün, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Bu gün, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Bu gün, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Bu gün, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Bu gün, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
Dünən, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
Dünən, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
Dünən, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Oxşar xəbərlər