Yulen Lopeteqinin Qətər milli komandasına baş məşqçi təyinatı rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Yulen Lopeteqi son olaraq "Vest Hem"İ çalışdırıb. O, daha əvvəl İspaniya millisinin baş məşqçisi olub.