"Neftçi"nin futbolçusu Höccət Haqverdi cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz"la heç-heçə etdikləri (1:1) oyunda sarı vərəqə almasıdır.
O, cari mövsüm dördüncü dəfə bu halla üzləşib. Höccət XXVII turda səfərdə "Səbail"ə qarşı keçirəcəkləri görüşü buraxacaq.
Bu, qarşılaşma həm də futbolçu üçün əlamət matç idi. Belə ki, görüşə start heyətində çıxan oyunçu Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Qeyd edək ki, martın 16-da təşkil olunacaq "Səbail" - "Neftçi" görüşü saat 16:00-da start götürəcək.