top
Yosipıçın 2-ci romanı Sport24.az
27 iyun 2024, 10:45
- ↺ +

Yosipıçın 2-ci romanı

CEYHUN ƏLİYEV

 

Gəldi. İyunun 26-da, Silahlı Qüvvələr günü gəldi. Bəlkə də bu tarix təsadüfi seçilməyib. Bütün hallarda, Roman Qriqorçukun gəlişi "Neftçi" camiəsində böyük bir izdiham yaradıb. Doğrudu, klub bayram günü Qriqorçukun gəlişini elan etmək fikrində deyildi, müqavilə bağlanması barədə rəsmi məlumat bu gün paylaşılacaqdı. Axı, qeyri-iş günündə müqavilə imzalanmır. Amma Sport24.az-ın ukraynalı mütəxəssisin artıq Bakıda olmasına dair məlumatı ən yüksək səviyyədə tələsik qərara rəvac verdi...


İndi isə keçək əsas mətləbə. Qruqorçukun "Nefrçi"nin baş məşqçi postuna ən ideal namizəd olmasına dair yazını 1 həftə əvvəl yazmışdıq. Ölkə çempionatımızın spesifikliyi Azərbaycanda hər tanınmış mütəxəssisə nəticə göstərməyə imkan vermir. O qədər "mənəm-mənəm" deyənlər boynubükük qayıdıb ki, bu diyardan. Və yalnız barmaq qədər sayılacaq çalışdırıcı iz qoymağı bacarıb. Bu sıralamada isə öndə Roman Qruqorçuk dayanır.


Ukraynalı çalışdırıcının "Qəbələ" ilə 2 dəfə Avropa Liqasının qrup mərhələsinə düşməsi barədə dünən də, bu gün də, 10 ildən sonra da ağızdolusu danışacağıq. Ardıcıl 4 mərhələ keçməklə belə bir nailiyyətə imza atmaq istedadı ancaq seçilmişlərdə olur.


Ukraynada Roman İosifoviçə "Yosipıç" (İosifoviçin qısaldılmış forması - C.Ə.) deyirlər. Biz də buna xitabən onun təqdimatını verək.


Yosipıç üçün "istirahət günü" anlayışı yoxdu. Bunu "Qəbələ"ni tərk etdikdən sonra klubun bütün əməkdaşları birağızdan bildirirdi.


Yosipıç üçün futbolçu istedadının zirvəsi verdiyi tapşırıqları nöqtə-vergülünədək icra etməsidi. Bunun əyani nümunəsi kimi Samir Zərgərovu göstərə bilərik. Xüsusi istedada sahib olmayan futbolçu 59 yaşlı mütəxəssisin ən çox etibar etdiyi futbolçular sırasında idi.


Yosipıç üçün komandada avtoritet yoxdu. Ad, CV-nin rəngarəngliyi onun üçün sadəcə, tarixi faktlardı. Necə deyərlər, "dünənin üçün çox sağ ol, bu gündən danış".


Qriqorçuk nəzəriyyəyə çox böyük önəm verir. Futbolçulardan iclaslara dəftər-qələm gətirməyi tələb etməsi barədə söhbətlər zaman-zaman elə həmin "Qəbələ" camiəsindən eşidilib. Təcrübəli mütəxəssisin "sovetdənqalma sistem"lə işləməsini iddia edənlərin əllərində bayraq etdikləri əsas faktorlardan biri budu. Ancaq mən sizə elə həmin Ukraynada, özü də Qriqorçukun çalışdırdığı son klub "Çernomorets"in təmsil etdiyi Odessada dəfn olunmuş məşhur həmyerlimiz Əhməd Ələsgərov nümunəsini göstərmək istəyərəm. Çalışdığı bütün komandalarda "köhnəlmiş sistem" tətbiq edən Azərbaycan məşqçi sexinin əvəzolunmaz lideri dəst-xəttini qoymağa bacarıb. Yosipoviç də həm "Ventspils"də, həm "Çernomorets"də, həm də "Astana"da adından söz etdirməyi bacarıb. "Qəbələ" barədə isə artıq yazmışıq.


Yosipıç dəmir intizam, bəzən hətta diktatura tətbiqinə üstünlük verən mütəxəssislərdəndi. Ancaq sözügedən diktaturanı ilk növbədə özünə qarşı tətbiq edir. Onun komandalarına əcnəbilər daha rahat uyğunlaşır. Nazlı, özündənrazı oyunçular üçün isə bir şüarı var: "Qapını çöldən bağla". Misal olaraq Vaqif Cavadovu göstərə bilərik. Özündənrazı yürımmüdafiəçi-hücumçu 6 ay ərzində "Qəbələ"də demək olar ki, forma şansı qazanmadı. Ancaq elə azərbaycanlı futbolçular da olub ki, ukraynalı çalışdırıcı onları göz bəbəyi kimi qoruyub. Məsələn, Rəşad Sadiqov. Bu sətirlərin müəllifi dəfələrlə yarımmüdafiəçini tənqid etsə də, Qruqorçukun cavabları təxmini eyni olurdu: "Bəli, səhvləri oldu, ancaq mən ondan istədiyimi aldım". Qaliblər isə mühakimə olunmur.


Sadıq Sadıqov erası başa çatdıqdan sonra məşqçi seçimində "Neftçi" mümkün olan ən düzgün addımı atdı. Təcrübəli ukraynalının mentalitetimizə bələd olması onun uğurlu olma şanslarını bir az da artırır. Ancaq legioner seçimində "iti gözü"nün kifayət etməsinə şübhəmiz olmasa da, yerli kadr baxımından ciddi problem yaşayacaq. Çünki istər rəhbərliyin, istərsə də azarkeşlərin görmək istədiyi "Neftçi"də yerli futbolçulardan yalnız Rza Cəfərovu fərqləndirmək olar. Doğrudu, Azərbaycan pasportu olan Filip Ozobiç də var. Özü də xorvatəsilli yarımmüdafiəçi Yosipıç üçün yad sima deyil. Hər halda, millimizə də cəlb olunan Ozobiçi Azərbaycana məhz Qruqorçuk gətirib. 2016-2017-ci illərdə o, Qriqorçukun rəhbərliyi altında "Qəbələ"nin uğurları üçün tər töküb. Bütün bunlar müsbət faktor olsa da, Filipin artıq 33 yaşının olması fiziki durumuna təsirsiz ötüşə bilməz. Emin Mahmudov da artıq həminki deyil. Onun son mövsümdə sönük oyunu fonunda müsbət nəsə demək olmur. Qriqorçukun yerli kadr sarıdan normal seçimi olsa, Mahmudova qapını çoxdan göstərər. Kapitanla həmyaşıd Qara Qarayev isə ötən mövsüm praktika sarıdan ciddi problem yaşadı. Bax, Qriqorçukun "Axilles dabanı" da məhz bu - yerli futbolçu qıtlığı faktoru olacaq.


Bütün hallarda, "Nefrçi" Mutu və Bojoviç fiaskosundan sonra ağıllı qərar verdi. İndi hamını düşündürən ən vacib sual transfertlərin kim tərəfindən ediləcəyidi. Qriqorçukun ideyalarını həyata keçirməsi üçün kənar müdaxilə olmamalıdı. Və belədə, klubun idman direktoru Yens Andersson artıq persona kimi görünür. Çünki indiki halda onun ən böyük xidməti hadisələri kənardan izləmək olar. "Neftçi"də isə beynəlmiləl rəhbərlik formalaşıb. Axı, baş icraçı direktor da Türkiyədən gətirilib. Cenk Sümeri nəzərdə tuturuq. Bax, belə bir mürəkkəb vəziyyətdə Qriqorçuk baş çıxarmalıdı. Çünki "Neftçi"də məşqçilərə vaxt verilmir. Çünki Ukraynada Kiyev "Dinamo"su, Gürcüstanda Tiflis "Dinamo"su, Rusiyada "Spartak" necə bir brenddirsə, "Neftçi" də Azərbaycanda eyni nüfuza sahibdi. Hətta ötən mövsüm bu nüfuzu yerdən-yerə vursalar da...


Qriqorçuk Roman Azərbaycanda daha bir roman yaza biləcəkmi? Bunu zaman göstərəcək. Mən münəccim deyiləm, heç buna can da atmıram. Amma ölkə futbolunda keçirdiyim 25 ilə yaxın müddətə əsasən proqnozlaşdırıram ki, biz bu mövsüm fərqli "Neftçi" görəcəyik.


Yazımı evdəki 0:0-lıq bərabərlikdən sonra Afinada Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması öncəsi Yosipıça verdiyim sual və aldığım cavabla bitirmək istəyirəm.


- Büdcələrin müaayisəsini, oyunçu keyfiyyətini, azarkeş amilini və digər bütün faktorları kənara qoysaq, "Panatinaikos" səddini aşmaq şanslarımız nə qədərdir?
- Əgər "Qəbələ"nin 1 faiz şansı varsa, bunun uğrunda səhərə qədər döyüşməyə hazırıq.

 

Matç 2:2 başa çatmışdı və "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi. Həmin tarixdən 9 il ötür...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Bu gün, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Bu gün, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Bu gün, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Oxşar xəbərlər