Niderlandın "Tvente" klubunun baş məşqçisi Yoseph Oostinq təlim-məşq toplanışında keçirdikləri yoxlama oyunlarınə dəyərləndirib. Sport24.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən mütəxəssis "Qarabağ"la matçlara da toxunub.
Baş məşqçi ötən mövsümdəki çatışmazlıqların davam etdiyini söyləyib:
"Öndə olduğumuz qarşılaşmaların bir neçəsində heç-heçə etmişik, bəzilərində uduzmuşuq. Bu, "Qarabağ"la ilk matçda da yaşandı, ikinci görüşdə də eynisi ola bilərdi".
Qeyd edək ki, "Qarabağ" iyulun 11-də eyni gündə "Tvente" ilə iki oyun keçirib. Azərbaycan çempioni ilk matçda 0:2 hesabı ilə geridə olmasına baxmayaraq qələbə qazanıb - 3:1. İkinci qarşılaşma "Tvente"nin qalibiyyəti ilə bitib - 2:1.