"Sabahkı oyunda da qələbə qazanmaq istəyirik. Sport24.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis C Liqasının ən yaxşı komandası olmaq istədiklərini bildirib: "DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik".
O, bir neçə oyunçunun zədə səbəbindən sabahkı oyunu buraxacağını da vurğulayıb: "Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik".
Qeyd edək ki, sabah "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.