top
Yılmaz Vuraldan Qarabağ haqqında müsahibə: Artıq bütün komandalar ondan çəkinir Idman.biz
12 noyabr 2025, 15:05
- ↺ +

Yılmaz Vuraldan "Qarabağ" haqqında müsahibə: "Artıq bütün komandalar ondan çəkinir"

"Qarabağ"ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm".

Bunu Türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Uzun illərdir "Qarabağ" komandası Azərbaycanı Avropada uğurlu şəkildə təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlıdır...

- "Qarabağ"ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm. Azərbaycan futbolda inkişaf etmək üçün bütün imkanlardan istifadə edir. Türkiyədə "Qalatasaray" və "Fənərbaxça", Azərbaycanda isə Qurban Qurbanovun yetirmələri ölkə futbolunu irəli səviyyəyə çatdırmaq üçün çalışır. "Qarabağ" Azərbaycanın göz bəbəyidir. Onlar bundan sonra yalnız yüksək hədəflər uğrunda mübarizə aparmalıdırlar. Futbol təkcə idman deyil, həm də sosial həyatdır. Uğurlar gəldikcə xalqın fikirləri dəyişir. Bunu sizin təmsilçiniz çox yaxşı bacara bilib.

- Azərbaycan çempionu Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə İtaliya "Napoli"si ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Futbolda düzgün qaydalarla və qorxmadan oynasan, istənilən rəqibi məğlub edə bilərsən. "Qarabağ" buna nümunə olacaq komandalardan biridir. Əvvəllər böyük klublar düşünürdü ki, "Qarabağ"dır, onları rahat məğlub edəcəyik. Lakin indi hər kəs sizin komandanızdan çəkinir. Çox uzağa getməyək, "Çelsi" ilə matçdakı nəticə kifayət edir.

- "Qarabağ"ın heyətində bəyəndiyiniz futbolçular varmı?

- Ayrı-ayrılıqda hansısa oyunçunu fərqləndirmək istəmirəm. Çünki "Qarabağ" komanda olaraq möhtəşəm oynayır. Kollektivdə güclü birlik hiss olunur. Bunun sayəsində uğurlu nəticələr qazanılır.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə qarşılaşacaq. Yığma bu görüşlərdə hansı nəticəyə ümid edə bilər?

-"Qarabağ"ın Avropadakı uğuru milli komandaya da təsir edir. Çünki həmin əsas heyətdə oynayan yerli futbolçular yığmanın da şərəfini qoruyurlar. İslandiya seçməsi məğlub edilməyəcək komanda deyil. Onlardan Bakıda 3 xal almaq olar.

- Vaxtilə adınız "Xəzər Lənkəran" və "Neftçi" ilə hallanırdı. Niyə Azərbaycanda işləməyiniz alınmadı?

-Bəli, müəyyən fikirlər olmuşdu, lakin maaş və digər məsələlərə görə ortaq məxrəcə gələ bilmədik.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Oxşar xəbərlər