Ekvador millisinin futbolçusu Marko Anqulo vəfat edib. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu 1 ay əvvəl ağır avtomobil qəzasına düşmüşdü.
O, xəstəxanaya yerləşdirilsə də, ciddi xəsarət aldığından həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Marko Anqulonun son klubu ABŞ-da "Sinsinnati" olub.