17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.
İdman.biz xəbər verir ki, VI qrupda mübarizə aparan İlham Yadullayevin yetirmələri Yunanıstanla qarşılaşıb.
İlk turda Macarıstana 0:4 hesabı ilə uduzan komandamız bu dəfə də meydandan xalsız ayrılıb. Rumıniyada təşkil olunan görüşdə Ellada təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun digər matçında Macarıstanla Rumıniya qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
U-17-lər arasında AVRO-2025-in seçmə mərhələsi
VI qrup
II tur, 16 noyabr
Yunanıstan – Azərbaycan – 3:0
Baş hakim: İon Orlic (Moldova)
"Tunari" stadionu
1 | Yunanıstan | 2 | 2 | 0 | 0 | 6-0 | 6 |
2 | Macarıstan | 2 | 1 | 1 | 0 | 4-0 | 4 |
3 | Rumıniya | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-7 | 0 |
İdman.biz