top
Yeqor Xvalko: “Görünür onlar hansı kluba gəldiklərini hələ tam anlaya bilməyiblər” Sport24.az
27 avqust 2024, 14:00
- ↺ +

Yeqor Xvalko: “Görünür onlar hansı kluba gəldiklərini hələ tam anlaya bilməyiblər”

Dörd turdan sonra aktivində xal olmayan, rəqib qapısından bir top keçirə bilməyən "Kəpəz" turnir cədvəlinin zirzəmisində qərarlaşması gəncəli azarkeşlər üçün heç də xoş deyil. "Sarı-göylər"in düşərgəsində nə baş verir? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün komandanın kapitanı Yeqor Xvalko ilə danışmağı lazım bildik. Belaruslu legioner Sport24.az-a müsahibəsində bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.

 

- Öncə "Səbail" ilə oyun barədə fikirlərini bilmək istərdik...
- Meydan sahiblərinin "birinci skiripka" kimi oynayacağını bilirdik. Biz də səfərə qənaətbəxş nəticə üçün gəlmişdik. Təəssüf ki, istəyimizi reallaşdıra bilmədik. Çox sayda mövqe və texniki səhvlərə yol verdik. Rəqib də bundan maksimum istifadə etdi.

 

- Ardıcıl 4 qarşılaşmadı ki, meydanı xalsız tərk edirsiz. Komandanın təcrübəli futbolçusu və kapitanı kimi uğursuzluğun nədən qaynaqandığını düşünürsən?
- Ötən mövsümdən kollektivdə qalan futbolçular həm təcrübə baxımından artırıblar, həm də daha məsuliyyətlidilər. Düşərgəmizə yeni qoşulanlar var. Görünür onlar hansı kluba gəldiklərini hələ tam anlaya bilməyiblər. Bir məsələni dəqiq bilirəm ki, komandanın uğursuzluğunda ancaq baş məşqçi günahkar deyil. Nəticə yoxdursa hamıməz məsuliyyət daşıyırıq. Üçüncü mövsümdü ki, burdayam. "Kəpəz" Azərbaycan futbolunda özünə görə tarixi olan klubdu. İstənilən futbolçumuz dərk etməlidi ki, hansı klubun formasını geyinir. Hər kəs "sarı-göylər"in tarixinə hörmət etməli, şərəfini qoruduğu klubun uğur qazanması üçün əlindən gələni etməlidi.

 

- Düşərgənizə bu yay qoşulan legionerlər hələ o qədər də yaxşı təsir bağışlamırlar. Səviyyələri budu, yoxsa hələ tam uyğunlaşmayıblar?
- İndi deyəcəyim sözlər uğursuzluğa haqq qazandırmaq üçün deyik. Təbii ki, məğlubiyyətlər sıralanırsa deməli, nəyisə düz etmirik. Adaptasiya məsələsinə gəlincə, bunun üçün müəyyən vaxt lazımdı. Yeni qoşulan legionerlərin demək olar, hamısı ilk dəfədi Azərbaycana gəlib. Çempionatı tanımırlar, yerli mentalitetə bələd deyillər. Üstəgəl dil baryeri və digər nüanslar da var ki, onlara çətinlik yaradır. Legionerlərimizin səviyyəsi barədə danışmaq bir qədər tezdi. Bu haqda ancaq qış fasiləsində detallı fikirlər söyləmək mümkündü.
Məhz onda bilinəcək ki, onlar "Kəpəz" üçün nə qədər faydalıdı.

 

- Artıq hamı sizi çempionatın aşkar autsayderi kimi qəbul edir. Bu statusla barışmaq çətin deyil?
- Heç bir komanda autsayder olmaq istəmir. Bu barədə düşünəndə belə adamın özünə xoş olmur. Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ötən mövsüm xarakter göstərməklə elitada qaldıq. Adil müəllim savadlı, işini yaxşı bilən mütəxəssisdi. Onunla ötən il qarşımıza qoyulan hədəfə çatdıq. Düşünürəm ki, heyətimizə daha bir neçə keyfiyyətçi oyunçu cəlb olunsa uğur qazanacağıq. Odur ki, təslim olmamalı, üzərimizə düşən məsuliyyətini dərk edərək meydanda işimizi görməliyik.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Oxşar xəbərlər