Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann III Bundesliqa klubu "Münhen 1860"a sərmayə qoymaq niyyətindədir.
"Report" "Kicker"ə istinadən xəbər verir ki, 55 yaşlı veteran futbolçu klubun hazırkı sahibi Həsən İsmaikdən 60 faiz pay almaq istəyir.
Payın dəyəri 25-30 milyon avro qiymətləndirilir. Keçmiş qolkiper istəyinə nail olacağı təqdirdə klubun idman direktoru vəzifəsində çalışmaq istəyir.
Qeyd edək ki, Y.Lemann Almaniyada "Şalke 04", "Borussiya" (Dortmund), "Ştutqart", İngiltərədə "Arsenal", İtaliyada "Milan" klublarında çıxış edib.
Futbol Yens Lemann Almaniya yığması sərmayə idman direktoru