Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün start götürəcəyi tarix müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 2024/25 "futbol ili"nə sentyabrın ilk yarısında start veriləcək.
Mövsümün başlayacağı tarix müəyyənləşsə də, iştirakçı sayı hələ qeyri-müəyyəndi. Redaksiyamıza daxil olan məlumata görə, yeni mövsümdə çempionatda yeni komandalar çıxış edəcək və bölgə təmsilçilərinin bəziləri ev oyunlarını təmsil olunduqları rayon və şəhərlərdə keçirəcək.