top
Yaya Ture Qvardiolanı ilan adlandırıb, onu pis niyyətli insan hesab edib Idman.biz
05 dekabr 2025, 18:31
- ↺ +

Yaya Ture Qvardiolanı "ilan" adlandırıb, onu pis niyyətli insan hesab edib

"Mançester Siti" və "Barselona" komandalarının sabiq yarımmüdafiəçisi Yaya Ture keçmiş baş məşqçisi Pep Qvardiola barədə yenidən kəskin ittihamlarla çıxış edib və onu "pis niyyətli insan" adlandırıb.

İdman.Biz xəbər verir ki, Yaya Ture "Zack" adlı "YouTube" kanalına verdiyi müsahibədə Qvardiola haqqında danışarkən onu ilana bənzədib.

"Mən insan görmürəm, ilan görürəm. O, mənə sanki toz kimi yanaşırdı", - deyə Tur bildirib.

Fil Dişi Sahili millisinin sabiq oyunçusu həm "Barselona", həm də "Mançester Siti"də çıxış etdiyi dövrlərdə Qvardiola tərəfindən kənarda saxlanıldığını, özünü təcrid olunmuş və alçaldılmış hiss etdiyini bildirib. Onun sözlərinə görə, 2010-cu ildə dünya çempionatında parladıqdan sonra "Barselona"ya qayıtsa da, son mövsümündə əsas heyətdə cəmi 9 oyunda meydana çıxıb və həmin dönəmdə Qvardiola Serxio Busketsi ondan üstün tutub.

Yaya Ture baş məşqçinin onunla yenidən işləmək istədiyi bir məqamı da xatırladıb:

"Qvardiola mənə zəng vurub dedi ki, qayıtmalısan, bu vacibdir. Həyat yoldaşım isə dedi: "Səni əsgi kimi istifadə etdi, indi niyə qalmaq istəyirsən? Gəl "Mançester Siti"yə gedək". O, Qvardiolanı həmişə mənfi insan hesab edirdi".

Afrikalı futbolçu 2010-2018-ci illərdə "Mançester Siti"nin əfsanələrindən birinə çevrilsə də, Qvardiolanın 2016-cı ildə komandanın baş məşqçisi təyin olunmasından sonra yenidən ehtiyat oyunçular sırasında qaldığını bildirib. Onun həmin dövrdəki agenti Dimitri Seluk da vaxtilə BBC-yə açıqlamasında Qvardiola haqqında, "o yalnız özünü düşünür, artıq özünü Tanrı zənn edir", - deyə bildirmişdi.

Yaya Ture 2018-ci ildə "Mançester Siti"dən ayrılaraq "Olimpiakos"a keçib. Həmin il verdiyi açıqlamada da Qvardiola haqqında belə demişdi:

"Mən Qvardiola mifinin dağılmasını istəyirəm. Son mövsümümün məhv olması üçün hər şeyi etdi. Statistikalarım yaxşı idi, amma oynadılmırdım. Bunun fiziki səbəblə bağlı olmadığını anladım".

Keçmiş futbolçu son olaraq başına gələnlərin dərisinin rəngi ilə əlaqəli ola biləcəyini də istisna etmədiyini vurğulayıb və Qvardiolanın ona rəqib kimi yanaşdığını iddia edib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Oxşar xəbərlər